https://sputnik.az/20220919/ermenistanin-mudafie-naziri-rusiyali-generalla-gorusdu-446228593.html
Ermənistanın müdafiə naziri rusiyalı generalla görüşdü
Ermənistanın müdafiə naziri rusiyalı generalla görüşdü
Sputnik Azərbaycan
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Sidorov Papikyana sərhəddə əməliyyat vəziyyətinin öyrənilməsi üzrə qrupun son günlər... 19.09.2022, Sputnik Azərbaycan
2022-09-19T15:22+0400
2022-09-19T15:22+0400
2022-09-19T15:29+0400
ktmt
dünya xəbərləri
görüş
general
https://cdnn1.img.sputnik.az/img/42182/92/421829222_0:0:3073:1728_1920x0_80_0_0_0038c4a73c203d878a21fad37244e5ff.jpg
BAKI, 19 sentyabr — Sputnik. Ermənistanın müdafiə naziri Suren Papikyan KTMT-nin Ermənistandakı monitorinq qrupunun rəhbəri, KTMT-nin Birləşmiş Qərargahının rəisi, general-polkovnik Anatoli Sidorovla görüşüb.Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Sidorov Papikyana sərhəddə əməliyyat vəziyyətinin öyrənilməsi üzrə qrupun son günlər apardığı işin nəticələrini təqdim edib.Qeyd edək ki, general-polkovnik Anatoli Sidorovun rəhbərlik etdiyi KTMT missiyası sentyabrın 15-də Ermənistana gəlib. Missiya Ermənistan sərhədinin müxtəlif hissələrinə baş çəkib, onlara əməliyyat şəraiti təqdim olunub.12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Yaralanan 282 hərbi qulluqçudan 43 nəfərin ilkin tibbi yardımdan sonra ordu sıralarına qayıtdığı, 115 nəfərin vəziyyətinin kafi, 103 nəfərin orta-ağır, 21 nəfərin vəziyyətinin isə ağır olduğu bildirilirdi.Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbçilərinin sayı 80-ə çatıb.Sentyabrın 16-da hökumətin iclasında Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, sərhəddə baş verən gərginlik zamanı ermənilərdən 135 nəfər həlak olub, lakin bu rəqəm hələ yekun deyil. Çoxlu sayda yaralı var.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42182/92/421829222_146:0:2877:2048_1920x0_80_0_0_ba11f33009a502184ca1b8ad39a57b93.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ktmt, görüş, general
Ermənistanın müdafiə naziri rusiyalı generalla görüşdü
15:22 19.09.2022 (Yenilənib: 15:29 19.09.2022) Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Sidorov Papikyana sərhəddə əməliyyat vəziyyətinin öyrənilməsi üzrə qrupun son günlər apardığı işin nəticələrini təqdim edib.
BAKI, 19 sentyabr — Sputnik. Ermənistanın müdafiə naziri Suren Papikyan KTMT-nin Ermənistandakı monitorinq qrupunun rəhbəri, KTMT-nin Birləşmiş Qərargahının rəisi, general-polkovnik Anatoli Sidorovla görüşüb.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Sidorov Papikyana sərhəddə əməliyyat vəziyyətinin öyrənilməsi üzrə qrupun son günlər apardığı işin nəticələrini təqdim edib.
Qeyd edək ki, general-polkovnik Anatoli Sidorovun rəhbərlik etdiyi KTMT missiyası sentyabrın 15-də Ermənistana gəlib. Missiya Ermənistan sərhədinin müxtəlif hissələrinə baş çəkib, onlara əməliyyat şəraiti təqdim olunub.
12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralanan 282 hərbi qulluqçudan 43 nəfərin ilkin tibbi yardımdan sonra ordu sıralarına qayıtdığı, 115 nəfərin vəziyyətinin kafi, 103 nəfərin orta-ağır, 21 nəfərin vəziyyətinin isə ağır olduğu bildirilirdi.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbçilərinin sayı 80-ə çatıb.
Sentyabrın 16-da hökumətin iclasında Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, sərhəddə baş verən gərginlik zamanı ermənilərdən 135 nəfər həlak olub, lakin bu rəqəm hələ yekun deyil. Çoxlu sayda yaralı var.