Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Ermənistana dəstək paylaşımı edən daha bir müğənninin konserti ləğv olundu

© Photo : Instagram / tina_karolTina Karol (Tatyana Liberman), arxiv şəkli
Tina Karol (Tatyana Liberman), arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.09.2022
Abunə olmaq
Platformanın yaydığı məlumatda bildirilib ki, təcavüzkar rejimi dəstəkləyən sənətçilərə Azərbaycan səhnəsində yer yoxdur
BAKI, 19 sentyabr — Sputnik. Ukraynalı məşhur ifaçı Tina Karol (Tatyana Liberman) da Ermənistanla bağlı paylaşım edib. Sənətçi təcavüzkar rejimi dəstəkləyib. Buna görə də onun 15 noyabrda Bakıda keçirilməsi nəzərdə tutulan konserti ləğv edilib.
Bu barədə "iticket.az" platforması məlumat yayıb. "Təcavüzkar rejimi dəstəkləyən sənətçilərə Azərbaycan səhnəsində yer yoxdur!" - deyə paylaşımda bildirilib.
Xatırladaq ki, bundan öncə Ermənistana dəstək paylaşımı edən Ukraynanın məşhur müğənnisi Maks Barskixin də Bakı konserti ləğv edilmişdi. O, dekabrın 10-da Bakı Konqres Mərkəzində konsert verəcəkdi.
Xəbər lenti
0