DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistan prezidenti II Elizabet ilə düzgün vidalaşmayıb

© AFP 2024 / YUI MOKKraliça II Yelizavetanın dəfn mərasimi zamanı Kral Standartı və İmperator Dövlət Tacı ilə bəzədilmiş tabutu (14 sentyabr 2022)
Kraliça II Yelizavetanın dəfn mərasimi zamanı Kral Standartı və İmperator Dövlət Tacı ilə bəzədilmiş tabutu (14 sentyabr 2022) - Sputnik Azərbaycan, 1920, 19.09.2022
Abunə olmaq
Vaaqn Xaçaturyan protokol qaydalarını pozub.
BAKI, 19 sentyabr — Sputnik. Britaniyalı jurnalistlər Ermənistan Prezidenti Vaaqn Xaçaturyanı Kraliça II Elizabet ilə vidalaşma protokolunu pozmaqda ittiham ediblər. "The Sun" nəşri bildirir ki, tabutun qoyulduğu zalda foto çəkdirən yeganə şəxs Xaçaturyan olub.
Müəyyən edilmiş qaydalara əsasən, mərasimin keçirildiyi "Vestminster Holl"da ziyarətçilərə hər hansı foto və video kameradan istifadə etmək qəti qadağandır. Mərasimin sərəncamçıları və mühafizəçilər bu barədə bir neçə dəfə hamını xəbərdar edirlər.
Buna baxmayaraq, Xaçaturyan özünəməxsus şəkildə hərəkət edib. Ermənistan prezidenti tabutun yanında dayanıb baş əyərkən onun köməkçisi hadisə yerini mobil telefonun kamerasına çəkib. "The Sun" nəşri bildirir ki, bu, vida mərasiminin keçirildiyi bütün vaxt ərzində müəyyən edilmiş qaydaların pozulması ilə bağlı ilk haldır.
Jurnalistlər dəfn mərasiminin sərəncamçılarından birinin sözlərini misal gətirirlər: "Qaydalar son dərəcə sadədir. Sadəcə insanlardan hörmətli olmağı və foto çəkməməyi xahiş edirik. Hamı bu qaydalara ciddi əməl edirdi - bir nəfərdən savayı".
Xəbər lenti
0