DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistan həlak olan hərbçilərinin sayını açıqladı

© Sputnik / Valeriy Melnikov / Mediabanka keçidDəbilqə
Dəbilqə - Sputnik Azərbaycan, 1920, 19.09.2022
Abunə olmaq
Ermənistan baş naziri Nikol Paşinyanın sədrliyi ilə keçirilən Ermənistan Təhlükəsizlik Şurasının iclasının yekunlarına dair bəyanatda deyilir ki, toqquşmalar nəticəsində ölən və itkin düşənlərin sayı 207-yə çatıb.
BAKI, 19 sentyabr — Sputnik. Azərbaycanla sərhəddəki toqquşmalardan sonra ölən və itkin düşən erməni hərbçilərinin sayı 207-yə çatıb. Bu barədə Ermənistan baş naziri Nikol Paşinyanın sədrliyi ilə keçirilən Ermənistan Təhlükəsizlik Şurasının iclasının yekunlarına dair bəyanatda deyilir.
"Toqquşmalar nəticəsində ölən və itkin düşənlərin sayı 207-yə çatıb, onlardan üçü mülki şəxsdir", - deyə məlumatda bildirilir.
12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralanan 282 hərbi qulluqçudan 43 nəfərin ilkin tibbi yardımdan sonra ordu sıralarına qayıtdığı, 115 nəfərin vəziyyətinin kafi, 103 nəfərin orta-ağır, 21 nəfərin vəziyyətinin isə ağır olduğu bildirilirdi.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbçilərinin sayı 80-ə çatıb.
Xəbər lenti
0