SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan XİN rəhbəri ABŞ-a gedib

© Photo : MFA AzerbaijanAzərbaycan xarici işlər naziri Ceyhun Bayramov
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov - Sputnik Azərbaycan, 1920, 19.09.2022
Abunə olmaq
Azərbaycan XİN rəhbərinin səfər zamanı sessiya çərçivəsində keçiriləcək tədbirlərdə iştirak, habelə xarici dövlətlərin rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.
BAKI, 19 sentyabr — Sputnik. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu York şəhərinə yola düşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfər zamanı sessiya çərçivəsində keçiriləcək tədbirlərdə iştirak, habelə xarici dövlətlərin rəsmiləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, bu gün, sentyabrın 19-da ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 77-ci sessiyası başlayır.
BMT-nin Baş Assambleyası baş məşvərətçi orqandır və bu orqan BMT-nin üzvü olan bütün dövlətlərin sədrlərindən ibarətdir. O, BMT-nin Nizamnaməsi çərçivəsində və ya onun hər hansı bir bölməsinin funksiyasına aid olan bütün məsələləri həll etmək və ya təkliflər verilməsində vəkil edil­mişdir.
Baxmayaraq ki, Assambleyanın qərarı onun iştirakçısı olan ölkələr, dövlət və hökumətlər üçün hüquqi güc sayılmır, lakin dünya ictimaiyyətinin fikrini ifadə etdiyi üçün mühüm rol oynayır.
Baş Assambleya BMT-nin siyasətini və proqramını müəyyən edir, büdcəni təsdiqləyir, konfransları təşkil edir və çağırır, əsas fəaliyyət istiqamətini təyin edir, müxtəlif kam­paniyalar keçirir.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.09.2022
DÜNYA XƏBƏRLƏRİ
Mirzoyan ABŞ-a gedir
Xəbər lenti
0