DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Avropa Parlamentinin deputatı iclasa rusiyalı futbolçunun soyadı yazılan köynəkdə gəlib

© AP Photo / Gustavo GarelloMessi
Messi - Sputnik Azərbaycan, 1920, 19.09.2022
Abunə olmaq
Avropa Parlamentinin deputatı Uolles iclasda Mirançukun soyadı qeyd edilən "Torino"nun köynəyində çıxış edib.
BAKI, 19 sentyabr — Sputnik. İrlandiyadan olan Avropa Parlamentinin deputatı Maykl Uolles iclasda İtaliyanın "Torino" futbol klubunun köynəyində Rusiya millisinin yarımmüdafiəçisi Aleksey Mirançukun soyadı ilə çıxış edib. Bu barədə deputatın "Twitter"də dərc etdiyi məlumatda deyilir.
Çıxış sentyabrın 16-da - "Torino" - "Sassuolo" matçı ərəfəsində baş tutub. Siyasətçi "Torino" klubuna oyunda uğurlar arzulayıb. Lakin "Torino" klubu "Sassuolo"ya 0:1 hesabı ilə məğlub olub.
Ötən yay Mirançuk "Atalanta" klubundan "Torino"ya icarə əsasında keçib. İtaliya çempionatında o, avqustun 13-də "Montsa" ilə oyunda debüt edib və hətta yeni klubunda ilk qolunu vurub. Lakin fasilədə əzələ zədəsi səbəbindən əvəzlənib. "Torino"nun mətbuat xidmətinin verdiyi məlumata görə, Mirançukun meydana qayıtması üçün 30-40 gün lazım olacaq.
Xəbər lenti
0