https://sputnik.az/20220918/yaponiya-guclu-qasirgaya-gore-25-milyona-yaxin-insanin-texliye-edildiyini-aciqlayib-446193917.html
Yaponiya güclü qasırğaya görə 2,5 milyona yaxın insanın təxliyə edildiyini açıqlayıb
Yaponiya güclü qasırğaya görə 2,5 milyona yaxın insanın təxliyə edildiyini açıqlayıb
Sputnik Azərbaycan
Mütəxəssislər "Nanmadol" qasırğasının 18 sentyabr 2022-ci il, günorta saatlarında cənub istiqamətində yaxınlaşacağını, bundan sonra istiqamətini dəyişərək... 18.09.2022, Sputnik Azərbaycan
2022-09-18T14:44+0400
2022-09-18T14:44+0400
2022-09-18T14:45+0400
yaponiya
dünya xəbərləri
tayvan
qasırğa
sunami
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/0b/425443456_0:160:3073:1888_1920x0_80_0_0_6eb9f603cbc9d873b96d7cfce8a1c024.jpg
BAKI, 18 sentyabr — Sputnik. Yaponiyanın cənub-qərbində təxminən 2,5 milyon insana yaxınlaşan güclü "Nanmadol" qasırğasına görə təhlükəsiz ərazilərə təxliyə olunmaları barədə xəbərdarlıq edilib. Bu barədə NHK telekanalı məlumat yayıb.Bu cür xəbərdarlıqlar beş ballıq şkala üzrə dördüncü təhlükə səviyyəsi hesab olunur. Ən yüksək (beşinci) qasırğanın 68 min nəfərin yaşadığı Kyuşu adasındakı İzumi və Nişinomote şəhərlərində olacağı elan edilib.Mütəxəssislər "Nanmadol" qasırğasının 18 sentyabr 2022-ci il, günorta saatlarında cənub istiqamətində yaxınlaşacağını, bundan sonra istiqamətini dəyişərək Yaponiyanın əsas Honsyu adasına doğru hərəkət edəcəyini proqnozlaşdırırlar.Əhaliyə qasırğa küləklər, leysan yağışları, sel və torpaq sürüşmələri barədə xəbərdarlıq edilir. Artıq elektrik enerjisində fasilələr başlayıb. İlkin məlumatlara görə, 20 mindən çox insan işıqsız qalıb.Bu arada Tayvanda baş verən 7,2 bal gücündə zəlzələdən sonra Yaponiyanın Okinava prefekturasındakı Miyakojima, İşigaki və Yonaquni adaları üçün sunami təhlükəsi aradan qaldırılıb.Bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb.Bundan əvvəl seysmoloqlar hündürlüyü 1 m-ə çatan sunami təhlükəsi barədə xəbərdarlıq etmişdilər. Hər hansı dağıntı qeydə alınmayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/0b/425443456_170:0:2901:2048_1920x0_80_0_0_d92f67e54897f319ec869464d61bc783.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yaponiya, tayvan, qasırğa, sunami
yaponiya, tayvan, qasırğa, sunami
Yaponiya güclü qasırğaya görə 2,5 milyona yaxın insanın təxliyə edildiyini açıqlayıb
14:44 18.09.2022 (Yenilənib: 14:45 18.09.2022) Mütəxəssislər "Nanmadol" qasırğasının 18 sentyabr 2022-ci il, günorta saatlarında cənub istiqamətində yaxınlaşacağını, bundan sonra istiqamətini dəyişərək Yaponiyanın əsas Honsyu adasına doğru hərəkət edəcəyini proqnozlaşdırırlar.
BAKI, 18 sentyabr — Sputnik. Yaponiyanın cənub-qərbində təxminən 2,5 milyon insana yaxınlaşan güclü "Nanmadol" qasırğasına görə təhlükəsiz ərazilərə təxliyə olunmaları barədə xəbərdarlıq edilib. Bu barədə NHK telekanalı məlumat yayıb.
Bu cür xəbərdarlıqlar beş ballıq şkala üzrə dördüncü təhlükə səviyyəsi hesab olunur. Ən yüksək (beşinci) qasırğanın 68 min nəfərin yaşadığı Kyuşu adasındakı İzumi və Nişinomote şəhərlərində olacağı elan edilib.
Mütəxəssislər "Nanmadol" qasırğasının 18 sentyabr 2022-ci il, günorta saatlarında cənub istiqamətində yaxınlaşacağını, bundan sonra istiqamətini dəyişərək Yaponiyanın əsas Honsyu adasına doğru hərəkət edəcəyini proqnozlaşdırırlar.
Əhaliyə qasırğa küləklər, leysan yağışları, sel və torpaq sürüşmələri barədə xəbərdarlıq edilir. Artıq elektrik enerjisində fasilələr başlayıb. İlkin məlumatlara görə, 20 mindən çox insan işıqsız qalıb.
Bu arada Tayvanda baş verən 7,2 bal gücündə zəlzələdən sonra Yaponiyanın Okinava prefekturasındakı Miyakojima, İşigaki və Yonaquni adaları üçün sunami təhlükəsi aradan qaldırılıb.
Bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Bundan əvvəl seysmoloqlar hündürlüyü 1 m-ə çatan sunami təhlükəsi barədə xəbərdarlıq etmişdilər. Hər hansı dağıntı qeydə alınmayıb.