https://sputnik.az/20220918/silahli-qarsidurma-zamani-helak-olan-qirgizistan-vetendaslarinin-sayi-46-nefere-catib-446201885.html
Silahlı qarşıdurma zamanı həlak olan Qırğızıstan vətəndaşlarının sayı 46 nəfərə çatıb
Silahlı qarşıdurma zamanı həlak olan Qırğızıstan vətəndaşlarının sayı 46 nəfərə çatıb
Sputnik Azərbaycan
Qırğızıstanın Səhiyyə Nazirliyi bildirib ki, Batken bölgəsində silahlı qarşıdurma nəticəsində ölənlərin ümumi sayı 46 nəfərdir. 18.09.2022, Sputnik Azərbaycan
2022-09-18T18:08+0400
2022-09-18T18:08+0400
2022-09-18T18:08+0400
dünya xəbərləri
qırğızıstan
tacikistan
https://cdnn1.img.sputnik.az/img/07e6/09/11/446172479_0:48:912:561_1920x0_80_0_0_f1c0848b350759d4e875a4689700175b.jpg
BAKI, 18 sentyabr - Sputnik. Tacikistanla sərhəddə gedən döyüşlər nəticəsində həlak olan Qırğızıstan vətəndaşlarının sayı 10 nəfər artaraq 46 nəfərə çatıb.Bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyi məlumat yayıb."Batken bölgəsindən alınan əməliyyat məlumatlarına əsasən, daha 10 nəfərin cəsədi Batkenin səhiyyə təşkilatlarına daxil olub. Batken bölgəsində silahlı qarşıdurma nəticəsində ölənlərin ümumi sayı 46 nəfərdir", - məlumatda bildirilir.Xatırladaq ki, Qırğızıstan və Tacikistan sərhədində irimiqyaslı toqquşmalar cümə günü - 16 sentyabrda səhər saatlarında başlayıb. Tərəflər bir-birini top atəşinə tutmaqda ittiham ediblər. İki ölkənin hərbçiləri arasında şiddətli döyüşlər bütün gün sərhədin demək olar ki, bütün perimetri boyu davam edib. Atəşkəs yalnız axşama doğru əldə edilib.Şənbə günü səhər fasilələrlə davam edən toqquşmalar yenidən başlayıb. Tərəflər bir-birini atəşkəs razılaşmasını pozmaqda ittiham ediblər. Atışma yalnız axşama yaxın dayanıb.Qırğızıstan tərəfi bazar günü toqquşmalar nəticəsində 36 nəfərin öldüyünü və 129 vətəndaşının yaralandığını bildirib.Tacikistan Xarici İşlər Nazirliyininsə yaydığı məlumatda qeyd olunur ki, Qırğızıstan hərbçilərinin atəşə tutması nəticəsində 38 Tacikistan vətəndaşı həlak olub, 20-dən çoxu yaralanıb.Tacikistan XİN-in mətbuat katibi bildirib ki, Qırğızıstan heç bir səbəb olmadan Tacikistana qarşı silahlı təcavüz aktı törədib.Qırğızıstan prezidenti Sadır Japarov sentyabrın 19-nu Tacikistanla sərhəddə baş verən toqquşmalarda həlak olanlar üçün milli matəm günü elan edib.Prezidentin sərəncamında qeyd olunduğu kimi, ümummilli matəm günündə ölkə ərazisində, habelə xaricdəki diplomatik və konsulluq müəssisələrinin binalarında respublika bayraqları yarıya qədər endirilir. Prezident mədəniyyət müəssisələrinə sentyabrın 19-da əyləncə tədbirlərinin və verilişlərin ləğv edilməsini də tövsiyə edib.
https://sputnik.az/20220918/qirgizistanda-serhedde-helak-olanlarla-bagli-matem-elan-edildi-446198675.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/11/446172479_51:0:862:608_1920x0_80_0_0_eb4705f127a9e81842270be06b564f17.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qırğızıstan, tacikistan
Silahlı qarşıdurma zamanı həlak olan Qırğızıstan vətəndaşlarının sayı 46 nəfərə çatıb
Qırğızıstanın Səhiyyə Nazirliyi bildirib ki, Batken bölgəsində silahlı qarşıdurma nəticəsində ölənlərin ümumi sayı 46 nəfərdir.
BAKI, 18 sentyabr - Sputnik. Tacikistanla sərhəddə gedən döyüşlər nəticəsində həlak olan Qırğızıstan vətəndaşlarının sayı 10 nəfər artaraq 46 nəfərə çatıb.
Bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyi məlumat yayıb.
"Batken bölgəsindən alınan əməliyyat məlumatlarına əsasən, daha 10 nəfərin cəsədi Batkenin səhiyyə təşkilatlarına daxil olub. Batken bölgəsində silahlı qarşıdurma nəticəsində ölənlərin ümumi sayı 46 nəfərdir", - məlumatda bildirilir.
Xatırladaq ki, Qırğızıstan və Tacikistan sərhədində irimiqyaslı toqquşmalar cümə günü - 16 sentyabrda səhər saatlarında başlayıb. Tərəflər bir-birini top atəşinə tutmaqda ittiham ediblər. İki ölkənin hərbçiləri arasında şiddətli döyüşlər bütün gün sərhədin demək olar ki, bütün perimetri boyu davam edib. Atəşkəs yalnız axşama doğru əldə edilib.
Şənbə günü səhər fasilələrlə davam edən toqquşmalar yenidən başlayıb. Tərəflər bir-birini atəşkəs razılaşmasını pozmaqda ittiham ediblər. Atışma yalnız axşama yaxın dayanıb.
Qırğızıstan tərəfi bazar günü toqquşmalar nəticəsində 36 nəfərin öldüyünü və 129 vətəndaşının yaralandığını bildirib.
Tacikistan Xarici İşlər Nazirliyininsə yaydığı məlumatda qeyd olunur ki, Qırğızıstan hərbçilərinin atəşə tutması nəticəsində 38 Tacikistan vətəndaşı həlak olub, 20-dən çoxu yaralanıb.
Tacikistan XİN-in mətbuat katibi bildirib ki, Qırğızıstan heç bir səbəb olmadan Tacikistana qarşı silahlı təcavüz aktı törədib.
Qırğızıstan prezidenti Sadır Japarov sentyabrın 19-nu Tacikistanla sərhəddə baş verən toqquşmalarda həlak olanlar üçün milli matəm günü elan edib.
Prezidentin sərəncamında qeyd olunduğu kimi, ümummilli matəm günündə ölkə ərazisində, habelə xaricdəki diplomatik və konsulluq müəssisələrinin binalarında respublika bayraqları yarıya qədər endirilir. Prezident mədəniyyət müəssisələrinə sentyabrın 19-da əyləncə tədbirlərinin və verilişlərin ləğv edilməsini də tövsiyə edib.