Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Sarı gəlin"in "Tellərin"dən oxuyan qadın ifaçılar

© pixabay / PexelsMikrofon, arxiv şəkli
Mikrofon, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.09.2022
Abunə olmaq
Bəzi musiqilər var ki, onlar qadınlara xitab olunur. Həmin mahnılar kişi musiqiçilər tərəfindən ifa olunmaldır.
BAKI, 18 sentyabr — Sputnik. Bəzi musiqilər var ki, onlar qadınlara xitab olunur və bu əsərlər kişi musiqiçilər tərəfindən ifa olunmalıdır. Lakin qadınlar tərəfindən ifa edilir. Bu cür hallara həm Sovet dövründə, həm də indi rast gəlinir. Bu da bəzən qulağa xoş gəlmir. Həmin musiqiləri sizə təqdim edirik:
Xalq artisti Şövkət Ələkbərovanın ifasında səslənən musiqisi Cahangir Cahangirova aid olan "Ay qız" mahnısının sözlərinə diqqət etsək görərik ki, bu mahnı kişinin qadına olan məhəbbətindən bəhs edir:
"Məni atdın ay qız, ay qız atəşə.
Bəsləməkdir eşqini inan peşəm.
Atacaqdın məni sevdin söylə bəs neyçin?
Doldur eşqi şərbət kimi ver içim.
Söylə, söylə sənə belə noldu yar?
Şövkət xanımın ifasında səslənən möhtəşəm mahnılardan biri olan "Bağçamıza gəldi bahar" mahnısı da bu qəbildəndir. Bəstəkar Səid Rüstəmova, sözləri İslam Səfərliyə məxsus olan mahnının nəqarət hissəsi belədir:
"Məni yada salsan, ay yar. Ürəyimi alsan, ay yar.
Ay ceyran sevgilim, mehriban sevgilim, sirrimi bilmədin, bilmədin, yar".
Musiqisi Xan Şuşunskinin olan "Ceyran bala" mahnısı bir çox xanım xanəndələr tərəfindən ifa olunub:
"Mən nə dedim, küsdün mənim sözümdən?!..
Yanıram, a ceyran, a ceyran bala.
Ölürəm, a ceyran, a ceyran bala, Balam ey, balam ey, balam ey, balam"
Xan Şuşinskinin ən ölməz əsərlərindən olan "Şuşanın dağları" mahnısını da bir çox xanım müğənnilərimiz ifa edib. Sözügedən mahnının sözlərini yəqin ki, bilməyən yoxdur:
"Ay qız, bu nə qaş göz, bu nə tel?
Ölərəm dərdindən, onu bil.
Danışmasan da balam, barı gül"
Aşıq Ələsgərin sözlərinə bəstələnmiş "Tellərin" mahnısını da bir çox xanım müğənnilər ifa edib. Həmin mahnının ən məşhur ifaçıları isə xalq artistləri Sara QədimovaMələkxanım Eyyubovadır. Mahnının sözləri belədir:
"Gözəl, sənin nə vədəndi, Kəsilib qısa tellərin?
Kəlağayı əlvan, qıyqacı Üstündən basa tellərin".
Musiqisi Fikrət Əmirovun olan, xalq artisti İlhamə Quliyeva tərəfindən ifa olunan "De görüm neyləmişəm?" mahnısının sözləri belədir:
"Bir mənə bax, naz eyləmə,
Qaş qabaq tökmə belə, de görüm neyləmişəm,
Gəl mənə dağ çəkmə belə, de görüm neyləmişəm?"
Xalq artisti Zeynəb Xanlarovanın ifasında sevərək dinlədiyimiz "Yaman könlümə düşmüsən" mahnısının sözləri belədir:
"Məndən uzaq gəzən gözəl, yaman könlümə düşmüsən.
Ürəyimi üzən gözəl, yaman könlümə düşmüsən"
Məlahətli səsə sahib olan, ötən əsrin ən sevilən müğənnilərindən olan Nərminə Məmmədovanın "Sevəydin" mahnısının sözlərinə diqqət yetirsək görərik ki, mahnının sözlərində qadının sevgilisinə olan vəfasızlığından bəhs edilir:
"Kimdir yanındakı tanı sən, gözəl.
Onun nə əhdi var, nə etibarı.
Ay məni bəyənib, sevməyən gözəl,
Məndən yaxşısını sevəydin barı!"
Bütün dünyanın sevərək dinlədiyi, Azərbaycan musiqisinin şah əsərlərindən olan "Sarı gəlin" mahnısını da əksər hallarda xanım ifaçılar səsləndirib.
Qeyd edək ki, mərhum xalq artisti Əlibaba Məmmədov "Muğam" Televiziya Müsabiqəsində məsələ ilə bağlı kəskin iradlar səsləndirmişdi. Xanəndə sənət adamlarını mahnının sözlərinə diqqət etməyə çağırmışdı.
Xəbər lenti
0