DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İran prezidenti ABŞ-a gedəcək, Ərdoğan isə dünəndən Nyu-Yorkdadır

© AP Photo / Vahid SalemiTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi - Sputnik Azərbaycan, 1920, 18.09.2022
Abunə olmaq
ABŞ-ın CBS telekanalı bu axşam İran prezidenti İbrahim Rəisi və ABŞ prezidenti Co Baydenin müsahibəsini yayımlayacaq.
BAKI, 18 sentyabr - Sputnik. İran prezidenti İbrahim Rəisi sabah Nyu-Yorka səfər edəcək.
Rəsmi Tehran-ın yaydığı məlumata görə, İran prezidenti Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək məqsədilə 19 sentyabrda Nyu-Yorka yola düşəcək.
ABŞ-ın CBS telekanalı İran prezidenti İbrahim Rəisi və ABŞ prezidenti Co Baydenin müsahibəsini bu axşam yayımlayacağını açıqlayıb (APA).
Kanal bu müsahibələri bir-birinin ardınca yayımlanacaq və ilk olaraq İran prezidentinin müsahibəsi yayımlanacaq.
Ərdoğan da ABŞ-dadır
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün sentyabrın 17-də ABŞ-ın Nyu-York şəhərinə səfər edib.
Ərdoğanı hava limanında Türkiyənin BMT-dəki daimi nümayəndəsi Feridun Siniroğlu, Türkiyənin Vaşinqtondakı səfiri Hassan Murat Mercan qarşılayıblar.
Türkiyənin dövlət başçısı BMT Baş Assambleyasının sessiyasında iştirak etməklə yanaşı, bir sıra görüşlər də keçirəcək.
Xəbər lenti
0