https://sputnik.az/20220918/quterres-qerb-terefinden-tezyiqlere-meruz-qalir-446194167.html
Quterreş Qərb tərəfindən təzyiqlərə məruz qalır
Quterreş Qərb tərəfindən təzyiqlərə məruz qalır
Sputnik Azərbaycan
Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib ki, Baş katib Quterreş Qərb ölkələrinin güclü təzyiqi... 18.09.2022, Sputnik Azərbaycan
2022-09-18T22:25+0400
2022-09-18T22:25+0400
2022-09-19T10:12+0400
antonio quterreş
dünya xəbərləri
bmt
bmt-nin baş katibi antonio quttereş
rusiya federasiyası
https://cdnn1.img.sputnik.az/img/07e5/05/03/426852050_0:0:3066:1725_1920x0_80_0_0_40ea343b1d15cfc2b063772939a7c9f5.jpg
BAKI, 18 sentyabr — Sputnik. BMT-nin Baş katibi Antonio Quterreş Qərb ölkələri tərəfindən güclü təzyiq altında olduğunu hiss edir. Bu sözləri Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski RİA Novosti-yə müsahibəsində bildirib."Ukraynadakı xüsusi hərbi əməliyyat BMT Katibliyinin və onun sistemindəki təşkilatların köhnəlmiş problemini açıq şəkildə nümayiş etdirib", - deyə Polyanski Ukrayna böhranı ilə bağlı BMT-nin Baş katibinin və bütövlükdə təşkilatın strukturlarının xəttini necə qiymətləndirdiyi barədə sualı cavablandırarkən qeyd edib.Diplomatın sözlərinə görə, söhbət Qərb dövlətlərinin nümayəndələrinin "beynəlxalq məmurların rəhbərliyində" üstünlük təşkil etməsindən gedir. Polyanski vurğulayıb ki, Rusiya və əksər inkişaf etməkdə olan ölkələr uzun müddətdir bu problemlə mübarizə aparırlar, lakin irəliləyiş yavaşdır."Vəzifələrin coğrafi bölgüsü töhfələrin ölçüsü ilə bağlıdır və burada sürətli həll yolları yoxdur", - diplomat deyib."Bununla əlaqədar olaraq, BMT-nin Baş katibi Qərb ölkələri tərəfindən böyük təzyiq altında olduğunu hiss edir. Onlar öz balanssız gündəliyini kadrlar vasitəsilə təbliğ etməklə yanaşı, həcmləri məcburi olanlarla müqayisə oluna bilən könüllü töhfələri ilə, o cümlədən Baş Katib vasitəsilə Katibliyə təzyiq etməkdən çəkinmirlər", - Polyanski əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/03/426852050_169:0:2900:2048_1920x0_80_0_0_9e9cf17815fede3548c3344a7f377529.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
antonio quterreş, bmt, bmt-nin baş katibi antonio quttereş, rusiya federasiyası
antonio quterreş, bmt, bmt-nin baş katibi antonio quttereş, rusiya federasiyası
Quterreş Qərb tərəfindən təzyiqlərə məruz qalır
22:25 18.09.2022 (Yenilənib: 10:12 19.09.2022) Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib ki, Baş katib Quterreş Qərb ölkələrinin güclü təzyiqi altındadır.
BAKI, 18 sentyabr — Sputnik. BMT-nin Baş katibi Antonio Quterreş Qərb ölkələri tərəfindən güclü təzyiq altında olduğunu hiss edir. Bu sözləri Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski RİA Novosti-yə müsahibəsində bildirib.
"Ukraynadakı xüsusi hərbi əməliyyat BMT Katibliyinin və onun sistemindəki təşkilatların köhnəlmiş problemini açıq şəkildə nümayiş etdirib", - deyə Polyanski Ukrayna böhranı ilə bağlı BMT-nin Baş katibinin və bütövlükdə təşkilatın strukturlarının xəttini necə qiymətləndirdiyi barədə sualı cavablandırarkən qeyd edib.
Diplomatın sözlərinə görə, söhbət Qərb dövlətlərinin nümayəndələrinin "beynəlxalq məmurların rəhbərliyində" üstünlük təşkil etməsindən gedir. Polyanski vurğulayıb ki, Rusiya və əksər inkişaf etməkdə olan ölkələr uzun müddətdir bu problemlə mübarizə aparırlar, lakin irəliləyiş yavaşdır.
"Vəzifələrin coğrafi bölgüsü töhfələrin ölçüsü ilə bağlıdır və burada sürətli həll yolları yoxdur", - diplomat deyib.
"Bununla əlaqədar olaraq, BMT-nin Baş katibi Qərb ölkələri tərəfindən böyük təzyiq altında olduğunu hiss edir. Onlar öz balanssız gündəliyini kadrlar vasitəsilə təbliğ etməklə yanaşı, həcmləri məcburi olanlarla müqayisə oluna bilən könüllü töhfələri ilə, o cümlədən Baş Katib vasitəsilə Katibliyə təzyiq etməkdən çəkinmirlər", - Polyanski əlavə edib.