DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qırğızıstan-Tacikistan sərhəddində gecə sakit keçib: 36 qurban var

© Sputnik / Сыргак БактыяровTacikistan hərbçilərinin atəşə tutması nəticəsində şəxsi evə ziyan dəyib
Tacikistan hərbçilərinin atəşə tutması nəticəsində şəxsi evə ziyan dəyib - Sputnik Azərbaycan, 1920, 18.09.2022
Abunə olmaq
Qırğızıstan tərəfi bazar günü toqquşmalar nəticəsində 36 nəfərin öldüyünü və 129 vətəndaşının yaralandığını bildirib.
BAKI, 18 sentyabr - Sputnik. İki ölkə hərbçiləri arasında toqquşmaların baş verdiyi Qırğızıstan-Tacikistan sərhədində ötən gecə sakit keçib. Bu barədə bazar günü RİA Novosti-yə Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin sərhəd xidmətinin mətbuat mərkəzindən məlumat verilib.
"Sentyabrın 17-dən 18-nə keçən gecə sakit, insidentsiz keçdi", - mətbuat mərkəzinin sözçüsü bildirib.
Onun sözlərinə görə, Qırğızıstan-Tacikistan dövlət sərhədinin Oş vilayətinin Çon-Alay rayonunda və Batken vilayətində yerləşən hissəsində vəziyyət gərgin olaraq qalır. Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd xidmətinin Qırğızıstan-Tacikistan dövlət sərhədində yerləşən bölmələri gücləndirilmiş iş rejimində xidmət göstərir.
“Ölkə rəhbərliyi vəziyyəti sabitləşdirmək, münaqişələri gərginləşdirmək və təhrik etmək cəhdlərinin qarşısını almaq və yaranan problemlərin sülh yolu ilə həlli üçün bütün tədbirləri görür”, - İdarədən bildirilib.
Qırğızıstan və Tacikistan sərhədində irimiqyaslı toqquşmalar cümə günü səhər saatlarında başlayıb. Tərəflər bir-birini top atəşinə tutmaqda ittiham ediblər. İki ölkənin hərbçiləri arasında şiddətli döyüşlər bütün gün sərhədin demək olar ki, bütün perimetri boyu davam edib. Atəşkəs yalnız axşama doğru əldə edilib.
Şənbə günü səhər fasilələrlə davam edən toqquşmalar yenidən başlayıb. Tərəflər bir-birini atəşkəs razılaşmasını pozmaqda ittiham ediblər. Atışma yalnız axşama yaxın dayanıb.
Qırğızıstan tərəfi bazar günü toqquşmalar nəticəsində 36 nəfərin öldüyünü və 129 vətəndaşının yaralandığını bildirib.
Cümə günü Düşənbədə 2 tacik sərhədçisinin öldürüldüyü, 6-nın yaralandığı xəbər verilmişdi.
Daha sonra Tacikistanın Dövlət Milli Təhlükəsizlik Komitəsi (DTXK) kəndin atəşə tutulması zamanı 4 dinc sakinin yaralandığını açıqlayıb.
Bu arada Qırğızıstanın Səhiyyə Nazirliyi Tacikistanla sərhəddə baş verən qarşıdurmada ölənlərin sayını dəqiqləşdirib.
Sputnik Qırğızıstan-ın yaydığı məlumata görə Batken vilayətində qurbanların sayı 24-dən 36-ya yüksəlib.
Nazirlik həmçinin 129 nəfərin yaralandığını, onlardan 7 nəfərinin ambulator müalicəyə göndərildiyini bildirib.
Qırğızıstanın Fövqəladə Hallar Nazirliyi isə sərhəd münaqişəsi zamanı 37 nəfərin öldüyünü bəyan edib.
Agentliyin məlumatına görə, artıq 177 ton humanitar yardım Batken bölgəsinə çatdırılıb və daha 160 ton humanitar yardımın Bişkekdən göndərilməsi gözlənilir.
Xəbər lenti
0