Azərbaycan hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Vətən müharibəsindən sonra üçtərəfli bəyanatın imzalanması rəğmən sərhəddə erməni təxribatları səngimək bilmir. Ermənistanla sərhəddə son hadisələr barədə Sputnik Azərbaycan-ın süjetində oxuyun.

Pelosi Paşinyanla nə danışıb?

© AP Photo / Mariam ZuhaibNensi Pelosi, arxiv şəkli
Nensi Pelosi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.09.2022
Abunə olmaq
Ermənistanıln baş naziri bildirib ki, nensi Pelosi ilə danışıqlarda erməni-amerikan gündəliyinə aid məsələlər, eləcə də qarşılıqlı maraq doğuran mövzular müzakirə olunub.
BAKI, 18 sentyabr - Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi ilə görüşüb.
Bu barədə o, özünü sosial şəbəkə hesanlarında məlumat yayıb.
Baş nazirin sözlərinə görə, Pelosi ilə danışıqlarda erməni-amerikan gündəliyinə aid məsələlər, eləcə də qarşılıqlı maraq doğuran mövzular müzakirə olunub.
Pelosinin anti-Azərbaycan bəyanatları
ABŞ Konqresinin Nümayəndələr Palatasının İrəvanda səfərdə olan spikeri Nensi Pelosi bəyan edib ki, o, Konqres adından Azərbaycanın Ermənistan ərazisinə hücumunu pisləyir.
Sputnik Ermənistan-ın yazdığına görə, Pelosi bunu Ermənistan parlamentinin rəhbəri Alen Simonyanla birgə keçirdiyi brifinqdə deyib.
"Görüşlərimizin gündəliyi baxımından təhlükəsizlik məsələləri həmişə vacibdir. Ermənistanın ərazisinə və suverenliyinə hücum olub. Ermənistan bizim üçün önəmlidir. Konqres adından Azərbaycanın Ermənistan ərazisinə endirdiyi ölümcül zərbələri qətiyyətlə pisləyirik.", - o, deyib.
Pelosinin sözlərinə görə, ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi uzun müddətdir və aydın şəkildə bəyan edib ki, münaqişənin hərbi yolla həlli ola bilməz. Amerika tərəfi Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli sülh yolu ilə həllinə səy göstərərək hadisələrin gedişatını izləməkdə davam edir.
Pelosi həmçinin qeyd edib ki, Konqres Azərbaycanın təcavüzünü pisləyən qətnamə layihəsi hazırlayıb.
"Azərbaycanın “Artsax”ın mülki əhalisinə qarşı hərəkətləri, tarixi abidələrə qarşı vandalizmi də bizim diqqətimizdədir", - Pelosi əlavə edib.
Azərbaycan XİN-in etiraz bəyanatı
Azərbaycan XİN ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi tərəfindən verilmiş və bölgədəki vəziyyəti təhrif edən açıqlamasının ciddi təəssüf doğurduğunu bildirib.
"N.Pelosi tərəfindən Azərbaycana qarşı irəli sürülən əsassız və ədalətsiz ittihamları qəbuledilməzdir", - Nazirlik bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, bu ilin 12 sentyabr tarixindən 13 sentyabra keçən gecə delimitasiya olunmamış şərti sərhəddə baş verən insident Ermənistanın Azərbaycana qarşı törətdiyi genişmiqyaslı hərbi təxribat idi və Azərbaycan Silahlı Qüvvələri tərəfindən bu təxribatın qarşısı alınıb və ölkəmizin suverenliyi və ərazi bütövlüyünün qorunması təmin edilib. Hal-hazırda atəşkəs rejimi təmin olunur və vəziyyətin gərgonləşməsinin qarşısı alınıb. Bölgədə vəziyyətin bu şəkildə gərginləşdirilməsi və genişmiqyaslı təxribatın törədilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
"Ümumiyyətlə, N.Pelosi ermənipərəst siyasətçi kimi tanınır və onun nümayəndə heyətinin tərkibində Konqresin məhz ermənipərəst üzvlərinin olması bunu bilavasitə nümayiş etdirir. Qarşıdan ABŞ-da Konqresə ortamüddətli seçkilər dövrü gəldiyini nəzərə alaraq, görünür N.Pelosi də bu səfərdən öz daxili siyasi gündəliyi və ABŞ-dakı erməni lobbi dairələrinin dəstəyini qazanmaq üçün istifadə edir. ABŞ-ın daxili siyasi gündəliyində olan siyasi intriqalar və lobbi maraqlarının Ermənistan üzərindən Cənubi Qafqaz regionuna daşınması qəbuledilməzdir.
Təəssüflə vurğulayırıq ki, ədalətdən danışan N. Pelosi Azərbaycana qarşı Ermənistanın təcavüz siyasəti, ərazilərinin 30 ilə yaxın davam edən işğalı, yüz minlərlə azərbaycanlının etnik təmizlənməsi və Ermənistanın məsuliyyət daşıdığı digər bu kimi ağır cinayətlərlə bağlı bugünədək məqsədli şəkildə heç bir mövqe nümayiş etdirməyib.
N.Pelosinin Ermənistanda söylədikləri erməni təbliğatı əsasında verilmiş açıqlama kimi dəyərləndirilməlidir. Bu, Ermənistanla Azərbaycan arasında hal-hazırda münasibətlərin normallaşması istiqamətində atılan səylərə ciddi zərbədir.
Bu kimi birtərfli addımlar və verilən əsassız açıqlamalar regionda kövrək sülhün gücləndirilməsinə deyil, əksinə gərginliyin artmasına xidmət edir", - XİN-in məlumatında deyilir.
Pelosi sərhəddə baş verənlərlə bağlı faktları ermənisayağı təqdim edib
Xatırladaq ki, sentyabrın 13-nə keçən gecə Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin təxribat törətməsi barədə məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində irimiqyaslı təxribat törədilib.
Ermənistan silahlı qüvvələrinin təxribat qrupları gecə saatlarında dağlıq ərazidən və mövcud dərələrdən istifadə edərək Azərbaycan ordusunun bölmələrinin mövqeləri və təchizat marşrutları arasında müxtəlif istiqamətlərdə minaalara başlayıblar.
Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrinin qarşısını alaraq cavab tədbirləri görüb, toqquşmaların genişlənməsinin qarşısının alınması üçün də tədbirlər görülüb.
12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralanan 282 hərbi qulluqçulardan 43 nəfər ilkin tibbi yardımdan sonra ordu sıralarına qayıtdığı, 115 nəfərin vəziyyətinin kafi, 103 nəfər orta-ağır, 21 nəfərin isə vəziyyətinin ağır olduğu bildirilirdi.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbçilərinin sayı 80-ə çatıb.
Sentyabrın 16-da hökumətin iclasında Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Azərbaycanla qarşıdurma zamanı Ermənistandan 135 nəfər həlak olub, lakin bu rəqəm hələ yekun deyil. Çoxlu sayda yaralı var.
Göründüyü kimi, Nensi Pelosi də sərhəddə baş verənləri rəsmi Ermənistanın dediyi kimi təqdim edir.
Pelosi qondarma "soyqırım" abidəsini ziyarət edib
ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi İrəvandakı saxta “erməni soyqırımı” abidəsini ziyarət edib.
Onu Ermənistan parlamentin spikeri Alen Simonyan, vitse-spiker Ruben Rubinyan, Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunts və digər rəsmi şəxslər müşayiət ediblər.
Qeyd edək ki, Pelosi İrəvana sentyabrın 17-si axşam gəlib.
Xəbər lenti
0