https://sputnik.az/20220918/haaqada-piket-kecirilib-ermenistan-isgali-ve-naxcivanin-blokadasini-dayandir-446206865.html
Haaqada piket keçirilib: Ermənistan, işğalı və Naxçıvanın blokadasını dayandır!
Haaqada piket keçirilib: Ermənistan, işğalı və Naxçıvanın blokadasını dayandır!
Sputnik Azərbaycan
Soydaşlarımız ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı hərbi təxribata, apardığı təcavüzkar siyasətə, Azərbaycan... 18.09.2022, Sputnik Azərbaycan
2022-09-18T21:57+0400
2022-09-18T21:57+0400
2022-09-18T22:26+0400
siyasət
niderland
ermənistan
azərbaycan və ermənistan arasında müharibə
https://cdnn1.img.sputnik.az/img/41103/15/411031506_0:97:1024:673_1920x0_80_0_0_2e0551a628e7dea40acef99bebb356f1.jpg
BAKI, 18 sentyabr - Sputnik. Niderlanddakı Azərbaycan icması Haaqa şəhərində icazəli piket keçirib.Bu barədə Diaspora İş Üzrə Dövlət Komitəsi məlumat yayıb.Bildirilib ki, soydaşlarımız ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı hərbi təxribata, apardığı təcavüzkar siyasətə, Azərbaycan ərazilərində minaların basdırılmasına etiraz edib, itkin düşmüş azərbaycanlıların taleyi ilə bağlı haqq səslərini ucaldıb, Niderland ictimaiyyətinin və siyasi dairələrinin diqqətini bölgədə sülhə mane olan amillərə cəlb ediblər.Piketdə “Ermənistan, öz qeyri-qanuni qoşunlarını Qarabağdan çıxar!”, “Ermənistan, sülh müqaviləsini imzala!”, “Ermənistan, işğal siyasətini dayandır!”, “Ermənistan, Cənubi Qafqazda üçüncü dövlətlərin maraqlarına xidmət edən siyasət aparma!”, “Ermənistan, regionda kommunikasiyaları bərpa et!”, “Ermənistan, bölgədə təxribatçı olma, hərbi təxribatlarını dayandır!”, “Ermənistan, Naxçıvanın blokadasını dayandır!” kimi şüarlar nümayiş etdirilib.“Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin təşəbbüsü ilə baş tutan piketdə Benilüks Azərbaycanlıları Konqresi və Azərbaycan-Niderland “Odlar Yurdu” Cəmiyyəti fəal iştirak edib.
https://sputnik.az/20220918/azerbaycan-xn-radikal-ermenilerin-toretdiyi-vandalizm-aktlarina-huquqi-qiymet-teleb-edir-446205127.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41103/15/411031506_0:0:1024:768_1920x0_80_0_0_2b2e3274789fb40104d9ae060ff634e0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
niderland, ermənistan, azərbaycan və ermənistan arasında müharibə
niderland, ermənistan, azərbaycan və ermənistan arasında müharibə
Haaqada piket keçirilib: Ermənistan, işğalı və Naxçıvanın blokadasını dayandır!
21:57 18.09.2022 (Yenilənib: 22:26 18.09.2022) Soydaşlarımız ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı hərbi təxribata, apardığı təcavüzkar siyasətə, Azərbaycan ərazilərində minaların basdırılmasına etiraz ediblər.
BAKI, 18 sentyabr - Sputnik. Niderlanddakı Azərbaycan icması Haaqa şəhərində icazəli piket keçirib.
Bu barədə Diaspora İş Üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, soydaşlarımız ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı hərbi təxribata, apardığı təcavüzkar siyasətə, Azərbaycan ərazilərində minaların basdırılmasına etiraz edib, itkin düşmüş azərbaycanlıların taleyi ilə bağlı haqq səslərini ucaldıb, Niderland ictimaiyyətinin və siyasi dairələrinin diqqətini bölgədə sülhə mane olan amillərə cəlb ediblər.
Piketdə “Ermənistan, öz qeyri-qanuni qoşunlarını Qarabağdan çıxar!”, “Ermənistan, sülh müqaviləsini imzala!”, “Ermənistan, işğal siyasətini dayandır!”, “Ermənistan, Cənubi Qafqazda üçüncü dövlətlərin maraqlarına xidmət edən siyasət aparma!”, “Ermənistan, regionda kommunikasiyaları bərpa et!”, “Ermənistan, bölgədə təxribatçı olma, hərbi təxribatlarını dayandır!”, “Ermənistan, Naxçıvanın blokadasını dayandır!” kimi şüarlar nümayiş etdirilib.
“Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin təşəbbüsü ilə baş tutan piketdə Benilüks Azərbaycanlıları Konqresi və Azərbaycan-Niderland “Odlar Yurdu” Cəmiyyəti fəal iştirak edib.