DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistanda KTMT-dən çıxmaq tələbilə aksiya keçirilir

© Sputnik / Aram NersesyanСитуация на проспекте Баграмян у здания резиденции президента Армении (25 мая 2022). Еревaн
Ситуация на проспекте Баграмян у здания резиденции президента Армении (25 мая 2022). Еревaн - Sputnik Azərbaycan, 1920, 18.09.2022
Abunə olmaq
Ermənistan paytaxtında ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin İrəvan səfərinə dəstək mitinqi də keçirilir.
BAKI, 18 sentyabr - Sputnik. İrəvanın mərkəzində bir qrup vətəndaş aksiya keçirir.
Sputnik Ermənistan-ın məlumatına görə, aksiya iştirakçıları hökumətdən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmağı tələb edirlər.
Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi İrəvanda səfərdədir. Ermənistan paytaxtında onun səfərinə dəstək məqsədilə də aksiya keçirilir.
Qeyd edək ki, sentyabrın 13-də axşam saatlarında Ermənistanın xahişi ilə KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar iclası çağırılıb.
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev KTMT-nin Ermənistan və Azərbaycan sərhədindəki vəziyyətlə bağlı iclasında tərəfləri güc tətbiqindən əl çəkməyə və danışıqlara başlamağa çağırıb.
Sammitdə həmçinin Qırğızıstan Prezidenti Sadır Japarov, Rusiya Prezidenti Vladimir Putin, Ermənistanın Baş naziri Nikol Paşinyan, Tacikistanın Baş naziri Koxir Rəsulzoda, Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç, KTMT baş katibinin müavini Valeri Semerikov iştirak edib.
İclasda KTMT Ermənistanın Azərbaycana hərbi gün tətbiq etmək çağırışını rədd edib.
Vəziyyəti yerindəcə təhlil etmək, Ermənistanla Azərbaycan arasında münaqişənin gərginləşməsinin səbəblərini və onun həlli yollarını araşdırmaq üçün Ermənistana Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) missiyasının göndərilməsi qərara alınıb.
Xatırladaq ki, sentyabrın 13-nə keçən gecə Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin təxribat törətməsi barədə məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində irimiqyaslı təxribat törədilib.
Ermənistan silahlı qüvvələrinin təxribat qrupları gecə saatlarında dağlıq ərazidən və mövcud dərələrdən istifadə edərək Azərbaycan ordusunun bölmələrinin mövqeləri və təchizat marşrutları arasında müxtəlif istiqamətlərdə minaalara başlayıblar.
Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrinin qarşısını alaraq cavab tədbirləri görüb, toqquşmaların genişlənməsinin qarşısının alınması üçün də tədbirlər görülüb.
12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralanan 282 hərbi qulluqçulardan 43 nəfər ilkin tibbi yardımdan sonra ordu sıralarına qayıtdığı, 115 nəfərin vəziyyətinin kafi, 103 nəfər orta-ağır, 21 nəfərin isə vəziyyətinin ağır olduğu bildirilirdi.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbçilərinin sayı 80-ə çatıb.
Sentyabrın 16-da hökumətin iclasında Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, sərhəddə baş verən eskalasiya nəticəsində erməni tərəfindən 135 nəfər həlak olub, lakin bu rəqəm hələ yekun deyil. Çoxlu sayda yaralı var.
Xəbər lenti
0