https://sputnik.az/20220918/ermenistan-prezidenti-kralica-ii-yelizavetanin-tabutu-qarsisinda-biabir-olub-446208338.html
Ermənistan prezidenti Kraliça II Yelizavetanın tabutu qarşısında biabır olub
Ermənistan prezidenti Kraliça II Yelizavetanın tabutu qarşısında biabır olub
Sputnik Azərbaycan
Ermənistan prezidenti Vaaqn Xaçaturyan Vestminster sarayında kraliça II Yelizaveta ilə vida mərasimi zamanı protokolu pozduğuna görə Britaniya nəşrləri... 18.09.2022, Sputnik Azərbaycan
2022-09-18T23:55+0400
2022-09-18T23:55+0400
2022-09-19T00:57+0400
dünya xəbərləri
ermənistan prezidenti
britaniya
kraliça ii yelizaveta
https://cdnn1.img.sputnik.az/img/07e6/09/12/446208675_0:168:3044:1880_1920x0_80_0_0_8b61df0fdd2b846fdb934376f7755bd1.jpg
BAKI. 18 sentyabr - Sputnik. Ermənistan prezidenti Vaaqn Xaçaturyan Londonda Vestminster sarayında kraliça II Yelizaveta ilə vida mərasimi zamanı protokolu pozduğuna görə tənqid atəşinə tutulub. Bu barədə Britaniyanın Daily Mail nəşri yazıb.Qəzetin yazdığına görə, Xaçaturyan kraliçanın cəsədi ilə tabutun yanında şəkil çəkdirib və bununla da monarxla ictimai vidalaşmanın müəyyən edilmiş qaydalarını pozub. Onun fotosunu Ermənistan prezidentinin köməkçilərindən biri çəkib. Nəşr yazır ki, bu, kraliça ilə vidalaşma zamanı fotoqrafiya qadağasının pozulması ilə bağlı ilk haldır. Bundan əlavə, Daily Mail yazır ki, Xaçaturyan VİP cığırı ilə kraliça II Yelizavetanın tabutunun olduğu otağa enərkən köməkçiləri ilə yüksək səslə danışıb, görünür, bu da qaydaların kobud şəkildə pozulmasıdır.Kraliçanın cəsədi olan tabut sentyabrın 14-dən Londonun Vestminster sarayındadır və burada on minlərlə insan monarxın dəfn mərasiminin keçiriləcəyi sentyabrın 19-na kimi onunla vidalaşa bilər. Böyük Britaniya parlamentariləri və xarici liderlər də daxil olmaqla VIP-lər üçün saraya ayrıca giriş açıqdır. II Yelizaveta sentyabrın 8-də 96 yaşında Şotlandiyanın Balmoral qəsrində vəfat edib, sonra cəsədi Edinburqa, oradan da Londona aparılıb. O, Britaniya tarixində ən uzun müddət - 70 il 7 ay hakimiyyətdə olub. Yeni monarx onun böyük oğlu, 73 yaşlı Çarlzdır və o, III Çarlz adını alıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/12/446208675_157:0:2888:2048_1920x0_80_0_0_e266bee553447dad67a0b3f477f967da.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
ermənistan prezidenti, britaniya, kraliça ii yelizaveta
ermənistan prezidenti, britaniya, kraliça ii yelizaveta
Ermənistan prezidenti Kraliça II Yelizavetanın tabutu qarşısında biabır olub
23:55 18.09.2022 (Yenilənib: 00:57 19.09.2022) Ermənistan prezidenti Vaaqn Xaçaturyan Vestminster sarayında kraliça II Yelizaveta ilə vida mərasimi zamanı protokolu pozduğuna görə Britaniya nəşrləri tərəfindən tənqid atəşinə tutulub.
BAKI. 18 sentyabr - Sputnik. Ermənistan prezidenti Vaaqn Xaçaturyan Londonda Vestminster sarayında kraliça II Yelizaveta ilə vida mərasimi zamanı protokolu pozduğuna görə tənqid atəşinə tutulub. Bu barədə Britaniyanın Daily Mail nəşri yazıb.
Qəzetin yazdığına görə, Xaçaturyan kraliçanın cəsədi ilə tabutun yanında şəkil çəkdirib və bununla da monarxla ictimai vidalaşmanın müəyyən edilmiş qaydalarını pozub.
Onun fotosunu Ermənistan prezidentinin köməkçilərindən biri çəkib. Nəşr yazır ki, bu, kraliça ilə vidalaşma zamanı fotoqrafiya qadağasının pozulması ilə bağlı ilk haldır.
Bundan əlavə, Daily Mail yazır ki, Xaçaturyan VİP cığırı ilə kraliça II Yelizavetanın tabutunun olduğu otağa enərkən köməkçiləri ilə yüksək səslə danışıb, görünür, bu da qaydaların kobud şəkildə pozulmasıdır.
Kraliçanın cəsədi olan tabut sentyabrın 14-dən Londonun Vestminster sarayındadır və burada on minlərlə insan monarxın dəfn mərasiminin keçiriləcəyi sentyabrın 19-na kimi onunla vidalaşa bilər.
Böyük Britaniya parlamentariləri və xarici liderlər də daxil olmaqla VIP-lər üçün saraya ayrıca giriş açıqdır.
II Yelizaveta sentyabrın 8-də 96 yaşında Şotlandiyanın Balmoral qəsrində vəfat edib, sonra cəsədi Edinburqa, oradan da Londona aparılıb.
O, Britaniya tarixində ən uzun müddət - 70 il 7 ay hakimiyyətdə olub. Yeni monarx onun böyük oğlu, 73 yaşlı Çarlzdır və o, III Çarlz adını alıb.