CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ermənilər Azərbaycanın Gürcüstandakı səfirliyinə qarşı təxribata cəhd ediblər

© Photo : AZERTAGErmənilər Azərbaycanın Gürcüstandakı səfirliyi
Ermənilər Azərbaycanın Gürcüstandakı səfirliyi - Sputnik Azərbaycan, 1920, 18.09.2022
Abunə olmaq
Gürcüstanda yaşayan ermənilər paytaxtın Avlabari metro stansiyası yaxınlığından Azərbaycanın Gürcüstandakı səfirliyinə doğru yürüşə etmək istəyiblər.
BAKI, 18 sentyabr - Sputnik. Tbilisidə ermənilərin təxribat cəhdi baş tutmayıb.
Gürcüstanda yaşayan ermənilər paytaxtın Avlabari metro stansiyası yaxınlığından Azərbaycanın Gürcüstandakı səfirliyinə doğru yürüşə etmək istəyiblər.
Polis əllərində Ermənistan bayraqları tutan yürüş iştirakçılarının qarşısını Metexi körpüsü üzərində kəsib. Bu zaman polislə insident yaşanıb. Əraziyə çox sayda hüquq mühafizə orqanı əməkdaşları cəlb edilib.
Azərbaycanın Gürcüstandakı səfirliyinin və Tbilisidə Heydər Əliyev parkının ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.
Xatırladaq ki, ermənilər sentyabrın 16-da da Livanın paytaxtı Beyrutda Azərbaycanın bu ölkədəki səfirliyinin binasına hücum etmək istəyiblər.
Bu ölkədə yaşayan 1 000 nəfərədək erməni təxribat törətməyə çalışıb. Lakin polis əməkdaşları bunun qarşısını alıb və toqquşma baş verib.
Əvvəlcədən planlaşdırılmış təxribata cəhd Daşnaksütyun və Hnçak partiyalarının çağırışı ilə baş tutub. Azərbaycan səfirliyinin binasına daxil olmağa çalışan ermənilər Beyrut polisinə hücumlar ediblər.
Polis əməkdaşları təxribatın qarşısını almaq məqsədilə gözyaşardıcı bombalardan istifadə edib.
Həmin gün ABŞ-dakı erməni lobbisinin nümayəndələri də Azərbaycanın Vaşinqtondakı səfirliyi önünə toplaşaraq anti-Azərbaycan şüarlar səsləndiriblər.
Livan erməniləri - Sputnik Azərbaycan, 1920, 16.09.2022
SİYASƏT
Ermənilər Livanda Azərbaycan səfirliyinə hücuma cəhd ediblər - VİDEO
Xəbər lenti
0