DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Telegram istifadəçiləri paylaşımlara eyni vaxtda üç reaksiya vermək imkanı əldə ediblər

© Depositphotos.com / Prykhodov Telefonda "Telegram"dan istifadə edən kişi, arxiv şəkli
Telefonda Telegramdan istifadə edən kişi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.09.2022
Abunə olmaq
Premium səviyyəli istifadəçilərin statusu söhbət siyahısında, qruplarda və istifadəçi profilində göstəriləcək.
BAKI, 18 sentyabr - Sputnik. Telegram mesenceri istifadəçilər üçün mövcud olan reaksiyaların sayını genişləndirib. Bu barədə şirkətin bloqunda deyilir.
Məlumatda bildirilir ki, proqramdakı yeniləmələrdən sonra premium hesab sahibləri bir mesaja üç reaksiya vermək və özləri üçün emoji statusu seçmək imkanı əldə ediblər.

"Premium abunəçiləri təkcə standart deyil, həm də minlərlə fərdi "emoji"dən (reaksiya) hər hansı birini reaksiya kimi istifadə edə biləcəklər... Premium istifadəçilər indi hər mesaj üçün üçə qədər reaksiya göndərə bilərlər”, - deyə bloqda bildirilir.

Bundan əlavə, qeyri-premium hesabların sahibləri indi yeni reaksiyalar, o cümlədən əvvəllər yalnız Telegram Premium abunəliyi ilə göndərilə bilən reaksiyalar təyin etmək imkanı əldə edirlər.
Smayl, arxiv şəkli
Смайлик - Sputnik Azərbaycan, 1920, 17.09.2022
Smayl, arxiv şəkli
“Bundan sonra "Telegram Premium" abunəsi olan istifadəçilər hansı əhval-ruhiyyədə olduqlarını və nə etdiklərini göstərmək üçün adlarının yanında animasiya statusu emojisi qoya bilərlər. Status söhbət siyahısında, qruplarda və istifadəçi profilində Premium abunə nişanı əvəzinə göstəriləcək", - deyə məlumatda qeyd olunub.
Beləliklə qeyd olunan istifadəçilər yeddi standart statusdan birini seçə biləcəklər.
Xəbər lenti
0