https://sputnik.az/20220917/turkiye-ile-qarsiliqli-investisiya-qoyulusunun-artirilmasi-imkanlari-muzakire-olunub-446184065.html
Türkiyə ilə qarşılıqlı investisiya qoyuluşunun artırılması imkanları müzakirə olunub
Türkiyə ilə qarşılıqlı investisiya qoyuluşunun artırılması imkanları müzakirə olunub
Sputnik Azərbaycan
Ticarət, investisiya, rəqəmsallaşma və sair sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün ticarət prosedurlarının sadələşdirilməsi, rəqəmsal iqtisadiyyat... 17.09.2022, Sputnik Azərbaycan
2022-09-17T19:46+0400
2022-09-17T19:46+0400
2022-09-17T19:46+0400
iqtisadiyyat
azərbaycan
türkiyə
investisiya
https://cdnn1.img.sputnik.az/img/07e6/09/11/446183652_0:58:985:612_1920x0_80_0_0_c165ffece0f4bb653906138313a52dc8.jpg
BAKI, 17 sentyabr - Sputnik. İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyə Palatalar və Birjalar Birliyinin sədri Mustafa Rifat Hisarcıklıoğlu ilə görüşüb. Bu barədə Azərtac-a nazir məlumat verib.“Türkiyə Palatalar və Birjalar Birliyinin sədri Mustafa Rifat Hisarcıklıoğlu ilə görüşümüzdə dünən keçirilən Şuşa Türk Biznes Forumunun əhəmiyyətini qeyd etdik, ticarət əməkdaşlığının, biznes dairələri arasında əlaqələrin daha da genişləndirilməsi, qarşılıqlı investisiya qoyuluşunun artırılması imkanları barədə fikirlərimizi bölüşdük. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təltif olunmuş Mustafa Rifat Hisarcıklıoğluna “Dostluq” ordeni təqdim edildi”, - deyə M.Cabbarov qeyd edib.Nazir M.Cabbarov Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Bağdad Amreyevlə də görüşüb.Nazirlikdən Verilən məlumata görə, iqtisadiyyat naziri türkdilli dövlətlərin uğurlu əməkdaşlığını, milli və regional iqtisadiyyatın dəstəklənməsi istiqamətində tərəfdaşlığın və iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb.Qeyd edilib ki, son dövrlərdə iqtisadiyyatın digər sahələri ilə yanaşı, ticarət, investisiya, rəqəmsallaşma və sair sahələrdə əməkdaşlığın gücləndirilməsi əsas çağırışlardandır.Bu baxımdan, Türk İnvestisiya Fondunun və Türk Ticarət Evlərinin yaradılması, ticarət prosedurlarının sadələşdirilməsi, rəqəmsal iqtisadiyyat, ölkələrimizin azad iqtisadi və sənaye zonaları arasında əməkdaşlıq platformasının formalaşdırılması əlaqələrin genişləndirilməsi üçün önəmli təşəbbüslərdir.İqtisadi tərəfdaşlığın gücləndirilməsi perspektivləri barədə danışan nazir biznes dairələri arasında əlaqələrin, ticarət tərəfdaşlığının genişləndirilməsinin önəmini, bu istiqamətdə sentyabrın 16-da keçirilən Şuşa Türk Biznes Forumunun əhəmiyyətini diqqətə çatdırıb.Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev təşkilata üzv dövlətlərin qarşılıqlı dostluq və qardaşlıq münasibətlərini, əlaqələrin dinamik inkişafını vurğulayıb, yeni istiqamətlər barədə fikirlərini bildirib.Görüşdə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafı, üzv dövlətlər arasında rəqəmsal ticarət, xidmətlər və sərmayələr sahəsində əlaqələrin genişləndirilməsi və sair məsələlər müzakirə edilib.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/11/446183652_47:0:939:669_1920x0_80_0_0_68449ee4b9348c78b50a11bb20506bab.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, türkiyə, investisiya
azərbaycan, türkiyə, investisiya
Türkiyə ilə qarşılıqlı investisiya qoyuluşunun artırılması imkanları müzakirə olunub
Ticarət, investisiya, rəqəmsallaşma və sair sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün ticarət prosedurlarının sadələşdirilməsi, rəqəmsal iqtisadiyyat, ölkələrimizin azad iqtisadi kimi təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.
BAKI, 17 sentyabr - Sputnik. İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyə Palatalar və Birjalar Birliyinin sədri Mustafa Rifat Hisarcıklıoğlu ilə görüşüb. Bu barədə Azərtac-a nazir məlumat verib.
“Türkiyə Palatalar və Birjalar Birliyinin sədri Mustafa Rifat Hisarcıklıoğlu ilə görüşümüzdə dünən keçirilən Şuşa Türk Biznes Forumunun əhəmiyyətini qeyd etdik, ticarət əməkdaşlığının, biznes dairələri arasında əlaqələrin daha da genişləndirilməsi, qarşılıqlı investisiya qoyuluşunun artırılması imkanları barədə fikirlərimizi bölüşdük. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təltif olunmuş Mustafa Rifat Hisarcıklıoğluna “Dostluq” ordeni təqdim edildi”, - deyə M.Cabbarov qeyd edib.
Nazir M.Cabbarov Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Bağdad Amreyevlə də görüşüb.
Nazirlikdən Verilən məlumata görə, iqtisadiyyat naziri türkdilli dövlətlərin uğurlu əməkdaşlığını, milli və regional iqtisadiyyatın dəstəklənməsi istiqamətində tərəfdaşlığın və iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Qeyd edilib ki, son dövrlərdə iqtisadiyyatın digər sahələri ilə yanaşı, ticarət, investisiya, rəqəmsallaşma və sair sahələrdə əməkdaşlığın gücləndirilməsi əsas çağırışlardandır.
Bu baxımdan, Türk İnvestisiya Fondunun və Türk Ticarət Evlərinin yaradılması, ticarət prosedurlarının sadələşdirilməsi, rəqəmsal iqtisadiyyat, ölkələrimizin azad iqtisadi və sənaye zonaları arasında əməkdaşlıq platformasının formalaşdırılması əlaqələrin genişləndirilməsi üçün önəmli təşəbbüslərdir.
İqtisadi tərəfdaşlığın gücləndirilməsi perspektivləri barədə danışan nazir biznes dairələri arasında əlaqələrin, ticarət tərəfdaşlığının genişləndirilməsinin önəmini, bu istiqamətdə sentyabrın 16-da keçirilən Şuşa Türk Biznes Forumunun əhəmiyyətini diqqətə çatdırıb.
Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev təşkilata üzv dövlətlərin qarşılıqlı dostluq və qardaşlıq münasibətlərini, əlaqələrin dinamik inkişafını vurğulayıb, yeni istiqamətlər barədə fikirlərini bildirib.
Görüşdə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafı, üzv dövlətlər arasında rəqəmsal ticarət, xidmətlər və sərmayələr sahəsində əlaqələrin genişləndirilməsi və sair məsələlər müzakirə edilib.