https://sputnik.az/20220917/tokaev-7-illik-prezidentlik-muddeti-haqqinda-qanunu-imzalayib-446180152.html
Tokayev 7 illik prezidentlik müddəti haqqında qanunu imzalayıb
Tokayev 7 illik prezidentlik müddəti haqqında qanunu imzalayıb
Sputnik Azərbaycan
Sentyabrın əvvəlində "Jana Qazaxıstan" deputat qrupu konstitusiyaya yeddi illik prezident mandatının daxil edilməsi və prezidentin bu ilin payızında yeddi... 17.09.2022, Sputnik Azərbaycan
2022-09-17T16:47+0400
2022-09-17T16:47+0400
2022-09-17T22:23+0400
dünya xəbərləri
qazaxıstan
prezident
paytaxt
astana
https://cdnn1.img.sputnik.az/img/07e6/01/05/437883565_0:26:3065:1750_1920x0_80_0_0_7a5b968cae2167503ea89db54175c859.jpg
BAKI, 17 sentyabr - Sputnik. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev konstitusiyaya birdəfəlik 7 illik prezident mandatını təqdim edən və paytaxtın adının Nur-Sultandan Astanaya dəyişdirilməsi ilə bağlı dəyişiklikləri imzalayıb.Bu barədə Qazaxıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.“Dövlət başçısı “Qazaxıstan Respublikasının Konstitusiyasına dəyişikliklər və əlavələr edilməsi haqqında” Qazaxıstan Respublikasının qanununu imzalayıb", - deyə məlumatda bildirilir.Qazaxıstan prezidenti Tokayev sentyabrın 1-də xalqa müraciətində ilk beş illik səlahiyyət müddətinin 2024-cü ilə qədər bitməməsinə baxmayaraq, bu payızda növbədənkənar prezident seçkilərinin keçirilməsini təklif edib.Eyni zamanda o, seçkilərdən sonra prezidentlik müddətinin 5 ildən 7 ilə, lakin təkrar seçilmək hüququ olmadan artırılması təşəbbüsü ilə çıxış edəcəyini açıqlayıb. İndi eyni şəxs ardıcıl iki dəfədən artıq prezident seçilə bilməz.Sentyabrın 2-də "Jana Qazaxıstan" (Yeni Qazaxıstan) deputat qrupu qarşıdan gələn seçkilərə qədər konstitusiyaya yeddi illik prezident mandatının daxil edilməsini və prezidentin bu ilin payızında yeddi illik müddətə seçilməsini təklif edib.Sentyabrın 12-də Tokayev Konstitusiya Şurasından deputatların bu təklifinin əsas qanuna uyğunluğunu yoxlamağı xahiş edib və müsbət cavab alıb.Qanun layihəsində paytaxtın adının Nur-Sultandan Astana adlandırılması ilə bağlı müddəa da öz əksini tapıb.Sentyabrın 15-də parlament bu qanunu yekdilliklə qəbul edib və imzalanmaq üçün prezidentə göndərib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/05/437883565_59:0:2790:2048_1920x0_80_0_0_246d493d3d7b51d58a2c18e778f01f1b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qazaxıstan, prezident, paytaxt, astana
qazaxıstan, prezident, paytaxt, astana
Tokayev 7 illik prezidentlik müddəti haqqında qanunu imzalayıb
16:47 17.09.2022 (Yenilənib: 22:23 17.09.2022) Sentyabrın əvvəlində "Jana Qazaxıstan" deputat qrupu konstitusiyaya yeddi illik prezident mandatının daxil edilməsi və prezidentin bu ilin payızında yeddi illik müddətə seçilməsi təklif ilə çıxış edib.
BAKI, 17 sentyabr - Sputnik. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev konstitusiyaya birdəfəlik 7 illik prezident mandatını təqdim edən və paytaxtın adının Nur-Sultandan Astanaya dəyişdirilməsi ilə bağlı dəyişiklikləri imzalayıb.
Bu barədə Qazaxıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
“Dövlət başçısı “Qazaxıstan Respublikasının Konstitusiyasına dəyişikliklər və əlavələr edilməsi haqqında” Qazaxıstan Respublikasının qanununu imzalayıb", - deyə məlumatda bildirilir.
Qazaxıstan prezidenti Tokayev sentyabrın 1-də xalqa müraciətində ilk beş illik səlahiyyət müddətinin 2024-cü ilə qədər bitməməsinə baxmayaraq, bu payızda növbədənkənar prezident seçkilərinin keçirilməsini təklif edib.
Eyni zamanda o, seçkilərdən sonra prezidentlik müddətinin 5 ildən 7 ilə, lakin təkrar seçilmək hüququ olmadan artırılması təşəbbüsü ilə çıxış edəcəyini açıqlayıb. İndi eyni şəxs ardıcıl iki dəfədən artıq prezident seçilə bilməz.
Sentyabrın 2-də "Jana Qazaxıstan" (Yeni Qazaxıstan) deputat qrupu qarşıdan gələn seçkilərə qədər konstitusiyaya yeddi illik prezident mandatının daxil edilməsini və prezidentin bu ilin payızında yeddi illik müddətə seçilməsini təklif edib.
Sentyabrın 12-də Tokayev Konstitusiya Şurasından deputatların bu təklifinin əsas qanuna uyğunluğunu yoxlamağı xahiş edib və müsbət cavab alıb.
Qanun layihəsində paytaxtın adının Nur-Sultandan Astana adlandırılması ilə bağlı müddəa da öz əksini tapıb.
Sentyabrın 15-də parlament bu qanunu yekdilliklə qəbul edib və imzalanmaq üçün prezidentə göndərib.