DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Tacikistan hərbçiləri Qırğızıstanın kəndini minaatanlardan atəşə tutub - KİV

© Sputnik / Сыргак БактыяровTacikistan hərbçilərinin atəşə tutması nəticəsində şəxsi evə ziyan dəyib
Tacikistan hərbçilərinin atəşə tutması nəticəsində şəxsi evə ziyan dəyib - Sputnik Azərbaycan, 1920, 17.09.2022
Abunə olmaq
Qırğızıstan-Tacikistan sərhədində irimiqyaslı toqquşmalar cümə günü səhər saatlarında başlayıb. Qırğızıstan tərəfi qarşıdurmalar nəticəsində 24 vətəndaşının öldüyünü, 103 nəfərin yaralandığını bildirib.
BAKI, 17 sentyabr - Sputnik. Tacikistan hərbçiləri Qırğızıstanın Dostuk kəndini üç minaatandan atəşə tutub. Bu barədə Rusiya mediası şənbə günü Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd xidmətinin mətbuat mərkəzinə istinadən məlumat yayıb.
“2022-ci il sentyabrın 17-də saat 11.15-ə (Bakı vaxtı ilə 9.15 - red.) Batken rayonunun Dostuk kəndi Tacikistan tərəfdən minaatanlardan atəşə tutulub. Tacikistan tərəfi üç minaatandan kəndə atəş açıb”, deyə mətbuat mərkəzinin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd xidmətinin Batken vilayətində dislokasiya olunmuş bölmələri düşmənin hücumunu dəf edir.
Qırğızıstan və Tacikistan sərhədində irimiqyaslı toqquşmalar cümə günü səhər saatlarında başlayıb. Tərəflər bir-birini top atəşinə tutmaqda ittiham ediblər. İki ölkənin hərbçiləri arasında şiddətli döyüşlər bütün gün sərhədin demək olar ki, bütün perimetri boyu davam edib.
Qırğızıstan tərəfi qarşıdurmalar nəticəsində 24 vətəndaşının öldüyünü, 103 nəfərin yaralandığını bildirib.
Bundan əvvəl Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin (MTK) Sərhəd Xidmətinin mətbuat mərkəzi səhər saatlarında Qırğızıstanın sərhədyanı Paski Arık kəndi yaxınlığında minaatanlardan atəşə tutulması barədə məlumat yayıb.
Xəbər lenti
0