Azərbaycan hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Vətən müharibəsindən sonra üçtərəfli bəyanatın imzalanması rəğmən sərhəddə erməni təxribatları səngimək bilmir. Ermənistanla sərhəddə son hadisələr barədə Sputnik Azərbaycan-ın süjetində oxuyun.

RPK Azərbaycan və Ermənistan konfessiyalarının liderləri arasında dialoq qurmağa hazırdır

CC0 / saramatos / ChurchKilsə, arxiv şəkli
Kilsə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.09.2022
Abunə olmaq
Azərbaycan müdafiə nazirliyinin məlumatına görə, bir neçə gün əvvəl Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdə irimiqyaslı təxribat törədib. Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrinin qarşısını alaraq cavab tədbirləri görüb.
BAKI, 17 sentyabr - Sputnik. Rus Pravoslav Kilsəsi (RPK) Ermənistan və Azərbaycanın dini liderləri arasında dialoqun qurulması üçün səyləri davam etdirməyə hazırdır. Bunu RİA Novosti-yə müsahibəsində Moskva Patriarxlığının xarici kilsə əlaqələri şöbəsinin sədri, Volokolamsk mitropoliti Antoni (Sevryuk) deyib.

“Qafqaz Müsəlmanları Ruhani İdarəsinin rəhbəri Allahşükür Paşazadə ilə görüşdük. Departamentə sədr təyin olunmağımı nəzərə alaraq birlikdə nə edə biləcəyimizi də danışdıq. Vurğuladım ki, Rus Pravoslav Kilsəsi münaqişə tərəfləri arasında dialoqun qurulmasında bundan sonra da iştirak etməyə və Azərbaycan və Ermənistanın dini liderləri ilə birlikdə vəziyyətin dinc məcraya qayıtmasını təmin etmək üçün səylər göstərməyə hazırdır”, - deyə mitropolit bildirib.

Xatırladaq ki, 2021-ci ilin oktyabrında Patriarx Kirill Moskvadakı Danilov monastırında bütün ermənilərin katolikosu II Qaregin və Qafqaz Müsəlmanlarının sədri Şeyxülislam Allahşükür Paşazadə ilə həm üçtərəfli, həm də ayrı-atrılıqda danışıqlar aparıb.
Sentyabrın 13-nə keçən gecə Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin təxribat törətməsi barədə məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində irimiqyaslı təxribat törədilib.
Ermənistan silahlı qüvvələrinin təxribat qrupları gecə saatlarında dağlıq ərazidən və mövcud dərələrdən istifadə edərək Azərbaycan ordusunun bölmələrinin mövqeləri və təchizat marşrutları arasında müxtəlif istiqamətlərdə minaalara başlayıblar.
Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrinin qarşısını alaraq cavab tədbirləri görüb, toqquşmaların genişlənməsinin qarşısının alınması üçün də tədbirlər görülüb.
Xəbər lenti
0