NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neftin qiymətində artım var

© AP Photo / Richard DrewBirja, arxiv şəkli
Birja, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.09.2022
Abunə olmaq
Cari il ərzində Azərbaycan neftinin bir barelinin maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınıb.
BAKI, 17 sentyabr - Sputnik. Dünya birjalarında neft qiymətləri bahalaşıb. Azərtac-ın xəbərinə görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,51 dollar artaraq 91,35 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,01 dollar bahalaşaraq 85,11 dollar olub.
Xatırladaq ki, dünən London birjasında "Brent" markalı neftin qiyməti 0,25 dollar artaraq 91,09 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 0,13 dollar bahalaşaraq 85,23 dollar olub.
Azərbaycan neftinin qiyməti isə ucuzlaşıb. "Azeri Light" markalı neftin bir barelinin qiyməti 3,6 dollar azalaraq 93,89 dollar olub.
Qeyd edək ki, qlobal iqtisadi yavaşlamanın neft tələbini azaldacağı ilə bağlı narahatlıqlar var. Digər tərəfdən dünyada dolların bahalaşması neftin qiymətinə təsir göstərir.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.
Xəbər lenti
0