https://sputnik.az/20220917/ktmt-qirgizistan-ve-tacikistan-serhedinde--ateskesin-davamli-olacagina-umid-edir-446173294.html
KTMT Qırğızıstan və Tacikistan sərhədində atəşkəsin davamlı olacağına ümid edir
KTMT Qırğızıstan və Tacikistan sərhədində atəşkəsin davamlı olacağına ümid edir
Sputnik Azərbaycan
Qırğızıstan-Tacikistan sərhədində irimiqyaslı toqquşmalar cümə günü səhər saatlarında başlayıb. Tərəflər bir-birini top atəşinə tutmaqda ittiham ediblər. 17.09.2022, Sputnik Azərbaycan
2022-09-17T12:05+0400
2022-09-17T12:05+0400
2022-09-17T12:05+0400
dünya xəbərləri
ktmt
tacikistan
qırğızıstan
atəşkəs
https://cdnn1.img.sputnik.az/img/07e6/09/11/446172523_0:50:960:590_1920x0_80_0_0_a38de0c73a22c395387fd5e81f5320c7.jpg
BAKI, 17 sentyabr - Sputnik. Kolletiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Katibliyi Qırğızıstan-Tacikistan sərhədindəki vəziyyəti diqqətlə izləyir. Bunu KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov deyib.“KTMT Katibliyi 14-16 sentyabr 2022-ci il tarixlərində Qırğızıstan-Tacikistan sərhədində ağır silahların tətbiqi ilə baş vermiş, nəticədə hər iki tərəfdən ölən və yaralananlar var, habelə mülki infrastrukturun məhv edilib. Ölənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, onların ağrı və itkisini bölüşürük”, - Zaynetdinov jurnalistlərə bildirib.Onun sözləriunə görə, bu baxımdan, təşkilat atəşkəs rejimini və Qırğızıstan və Tacikistanın sərhəd xidmətləri arasında başlayan danışıqları alqışlayır.“Biz əminik ki, bu mürəkkəb sərhəd problemini həll etmək, gərginliyi azaltmaq və münaqişənin daha da genişlənməsinin qarşısını almaq üçün qarşılıqlı məqbul yollar tapılacaq. Biz güc tətbiqini qəbuledilməz hesab edirik. Ziddiyyətləri həll etmək üçün yalnız siyasi və diplomatik üsullardan istifadə edilməlidir”, - deyə təşkilat rəsmisi bildirib.Həmçinin vurğulanıb ki, KTMT katibliyi vəziyyəti diqqətlə izləyir və hazırda yaradılmış atəşkəsin uzunmüddətli və davamlı olacağına ümid edir:“Münaqişə yalnız danışıqlar masası arxasında sülh yolu ilə həll edilməlidir, insanların ölümünə yol vermək artıq mümkün deyil", - deyə qurum sözçüsü əlavə edib.Qırğızıstan və Tacikistan sərhədində irimiqyaslı toqquşmalar cümə günü səhər saatlarında başlayıb. Tərəflər bir-birini top atəşinə tutmaqda ittiham ediblər. İki ölkənin hərbçiləri arasında şiddətli döyüşlər bütün gün sərhədin demək olar ki, bütün perimetri boyu davam edib.Qırğızıstan tərəfi qarşıdurmalar nəticəsində 24 vətəndaşının öldüyünü, 103 nəfərin yaralandığını bildirib.Bu gün Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin (MTK) Sərhəd Xidmətinin mətbuat mərkəzi səhər saatlarında Qırğızıstanın sərhədyanı Paski Arık kəndi yaxınlığında minaatanlardan atəşə tutulması barədə məlumat yayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/11/446172523_53:0:907:640_1920x0_80_0_0_62d17367e66e857b1ae0749cd25bd051.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ktmt, tacikistan, qırğızıstan, atəşkəs
ktmt, tacikistan, qırğızıstan, atəşkəs
KTMT Qırğızıstan və Tacikistan sərhədində atəşkəsin davamlı olacağına ümid edir
Qırğızıstan-Tacikistan sərhədində irimiqyaslı toqquşmalar cümə günü səhər saatlarında başlayıb. Tərəflər bir-birini top atəşinə tutmaqda ittiham ediblər.
BAKI, 17 sentyabr - Sputnik. Kolletiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Katibliyi Qırğızıstan-Tacikistan sərhədindəki vəziyyəti diqqətlə izləyir. Bunu KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov deyib.
“KTMT Katibliyi 14-16 sentyabr 2022-ci il tarixlərində Qırğızıstan-Tacikistan sərhədində ağır silahların tətbiqi ilə baş vermiş, nəticədə hər iki tərəfdən ölən və yaralananlar var, habelə mülki infrastrukturun məhv edilib. Ölənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, onların ağrı və itkisini bölüşürük”, - Zaynetdinov jurnalistlərə bildirib.
Onun sözləriunə görə, bu baxımdan, təşkilat atəşkəs rejimini və Qırğızıstan və Tacikistanın sərhəd xidmətləri arasında başlayan danışıqları alqışlayır.
“Biz əminik ki, bu mürəkkəb sərhəd problemini həll etmək, gərginliyi azaltmaq və münaqişənin daha da genişlənməsinin qarşısını almaq üçün qarşılıqlı məqbul yollar tapılacaq. Biz güc tətbiqini qəbuledilməz hesab edirik. Ziddiyyətləri həll etmək üçün yalnız siyasi və diplomatik üsullardan istifadə edilməlidir”, - deyə təşkilat rəsmisi bildirib.
Həmçinin vurğulanıb ki, KTMT katibliyi vəziyyəti diqqətlə izləyir və hazırda yaradılmış atəşkəsin uzunmüddətli və davamlı olacağına ümid edir:
“Münaqişə yalnız danışıqlar masası arxasında sülh yolu ilə həll edilməlidir, insanların ölümünə yol vermək artıq mümkün deyil", - deyə qurum sözçüsü əlavə edib.
Qırğızıstan və Tacikistan sərhədində irimiqyaslı toqquşmalar cümə günü səhər saatlarında başlayıb. Tərəflər bir-birini top atəşinə tutmaqda ittiham ediblər. İki ölkənin hərbçiləri arasında şiddətli döyüşlər bütün gün sərhədin demək olar ki, bütün perimetri boyu davam edib.
Qırğızıstan tərəfi qarşıdurmalar nəticəsində 24 vətəndaşının öldüyünü, 103 nəfərin yaralandığını bildirib.
Bu gün Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin (MTK) Sərhəd Xidmətinin mətbuat mərkəzi səhər saatlarında Qırğızıstanın sərhədyanı Paski Arık kəndi yaxınlığında minaatanlardan atəşə tutulması barədə məlumat yayıb.