https://sputnik.az/20220917/kend-teserrufati-mehsullari-dasiyan-daha-2-gemi-ukrayna-limanlarini-terk-edib-446178991.html
Kənd təsərrüfatı məhsulları daşıyan daha 2 gəmi Ukrayna limanlarını tərk edib
Kənd təsərrüfatı məhsulları daşıyan daha 2 gəmi Ukrayna limanlarını tərk edib
Sputnik Azərbaycan
Türkiyə tərəfi avqustun 1-dən Ukrayna limanlarından 3 milyon 250 min tondan çox kənd təsərrüfatı məhsulunun ixrac edildiyini bildirib. 17.09.2022, Sputnik Azərbaycan
2022-09-17T15:51+0400
2022-09-17T15:51+0400
2022-09-17T15:51+0400
dünya xəbərləri
gəmi
ukrayna
türkiyə
https://cdnn1.img.sputnik.az/img/07e5/01/11/425981747_0:88:3049:1803_1920x0_80_0_0_28466dab4fe7931908a8f1f9cfd7b2d5.jpg
BAKI, 17 sentyabr - Sputnik. Kənd təsərrüfatı məhsulları daşıyan daha iki quru yük gəmisi Ukrayna limanlarını tərk edib. Bu barədə şənbə günü Anadolu Agentliyi Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.Bundan əlavə, daha 7 gəmi qola düşməyə hazırdır. Qərar hava şəraitindən asılı olaraq veriləcək.Türkiyə Müdafiə Nazirliyi avqustun 1-dən Ukrayna limanlarından 3 milyon 250 min tondan çox kənd təsərrüfatı məhsulunun ixrac edildiyini bildirib.İyulun 22-də İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi Antonio Quterreşin iştirakı ilə Ukrayna limanlarından taxılın təhlükəsiz daşınmasına dair saziş imzalanıb. Sənədi Ukrayna, Rusiya, BMT və Türkiyə nümayəndələri imzalayıblar.Taxıl müqaviləsi Ukraynanın Odessa, Yujnı və Çernomorsk limanlarını əhatə edir. Ukrayna limanlarından taxılın təhlükəsiz daşınması üzrə Anlaşma Təşəbbüsünün müddəalarının həyata keçirilməsi çərçivəsində kənd təsərrüfatı məhsulları daşıyan gəmilərin dəniz dəhlizi ilə təhlükəsiz keçməsinə nəzarət etmək, gəmilərdə silah qaçaqmalçılığı və mümkün təxribatın qarşısının alınması üçün yoxlanılması məqsədilə Birgə Koordinasiya Mərkəzi yaradılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/11/425981747_0:0:2731:2048_1920x0_80_0_0_03e74c092983a4b10a1e77ec42e70a7a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
gəmi, ukrayna, türkiyə
Kənd təsərrüfatı məhsulları daşıyan daha 2 gəmi Ukrayna limanlarını tərk edib
Türkiyə tərəfi avqustun 1-dən Ukrayna limanlarından 3 milyon 250 min tondan çox kənd təsərrüfatı məhsulunun ixrac edildiyini bildirib.
BAKI, 17 sentyabr - Sputnik. Kənd təsərrüfatı məhsulları daşıyan daha iki quru yük gəmisi Ukrayna limanlarını tərk edib. Bu barədə şənbə günü Anadolu Agentliyi Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Bundan əlavə, daha 7 gəmi qola düşməyə hazırdır. Qərar hava şəraitindən asılı olaraq veriləcək.
Türkiyə Müdafiə Nazirliyi avqustun 1-dən Ukrayna limanlarından 3 milyon 250 min tondan çox kənd təsərrüfatı məhsulunun ixrac edildiyini bildirib.
İyulun 22-də İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi Antonio Quterreşin iştirakı ilə Ukrayna limanlarından taxılın təhlükəsiz daşınmasına dair saziş imzalanıb. Sənədi Ukrayna, Rusiya, BMT və Türkiyə nümayəndələri imzalayıblar.
Taxıl müqaviləsi Ukraynanın Odessa, Yujnı və Çernomorsk limanlarını əhatə edir. Ukrayna limanlarından taxılın təhlükəsiz daşınması üzrə Anlaşma Təşəbbüsünün müddəalarının həyata keçirilməsi çərçivəsində kənd təsərrüfatı məhsulları daşıyan gəmilərin dəniz dəhlizi ilə təhlükəsiz keçməsinə nəzarət etmək, gəmilərdə silah qaçaqmalçılığı və mümkün təxribatın qarşısının alınması üçün yoxlanılması məqsədilə Birgə Koordinasiya Mərkəzi yaradılıb.