https://sputnik.az/20220917/ii-yelizaveta-ile-vidalasmaq-isteyenlerden-700-den-coxuna-tibbi-yardim-gozterilib---kv-446183467.html
II Yelizaveta ilə vidalaşmaq istəyənlərdən 700-dən çoxuna tibbi yardım göstərilib - KİV
II Yelizaveta ilə vidalaşmaq istəyənlərdən 700-dən çoxuna tibbi yardım göstərilib - KİV
Sputnik Azərbaycan
Yetmiş ildən artıq ölkəyə rəhbərlik etmiş Böyük Britaniya kraliçası II Yelizaveta sentyabrın 8-də Şotlandiyada 96 yaşında vəfat edib. II Yelizavetanın dəfn... 17.09.2022, Sputnik Azərbaycan
2022-09-17T17:55+0400
2022-09-17T17:55+0400
2022-09-17T17:56+0400
dünya xəbərləri
kraliça ii yelizaveta
tibbi yardım
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1f/440669965_0:0:2446:1376_1920x0_80_0_0_4a0aacfea611bff0f45f538bd4a812ca.jpg
BAKI, 17 sentyabr - Sputnik. Kraliça II Yelizaveta ilə vidalaşmaq istəyən 700-dən çox insana növbə gözləyərkən səhhəti pisləşdiyi üçün tibbi yardım göstərlilib. Bu barədə Rusiya mediası "İndependent"ə istinadən xəbər yayıb.Həkimlərin sözlərinə görə, növbə başlayandan üç gün ərzində 710 nəfərə tibbi yardım göstərilib, onlardan 81 nəfəri xəstəxanaya çatdırılıb.Eyni zamanda, təkcə cümə günü 275 nəfərə tibbi yardım lazım olub.Həkimlər onu da əlavə ediblər ki, onların əksəriyyəti huşunu itirib və bu, tez-tez baş zədələrinə səbəb olub.Qeyd olunur ki, həkimlər növbəyə dayanan insanlara şənbə günü axşam soyuqlama və "bir neçə saat, bəlkə də bütün gecə ayaqda durmaq" zərurəti barədə xəbərdarlıq edib.İnsanlara növbə gözləyərkən dərman və isti paltar gətirmək, bol su içmək və müntəzəm qəlyanaltı yemək tövsiyə olunur.Daha əvvəl KİV-lər xəbər vermişdi ki, çərşənbə və cümə axşamı 430-dan çox insan gözləyərkən xəstələnib. Cümə günü bildirilib ki, Londonda Kraliça II Yelizaveta üçün vida növbəsinə giriş bərpa edilib və təxmini gözləmə müddəti 24 saatdan çox olub.Bundan əvvəl Böyük Britaniyanın Mədəniyyət, Media və İdman Nazirliyi Londonda II Yelizaveta ilə vidalaşmaq istəyənlərin növbəsinin maksimum həddə çatdığını və girişin 6 saat müddətinə məhdudlaşdırıldığını bildirmişdi.Yetmiş ildən artıq ölkəyə rəhbərlik etmiş Böyük Britaniya kraliçası II Yelizaveta sentyabrın 8-də Şotlandiyada 96 yaşında vəfat edib.Şahzadə Çarlz "III Karl" adını alaraq monarx olub, arvadı Kamilla kraliça-konsorti statusunu alıb.Kraliça ilə ictimaiyyətin vida mərasimi 14 sentyabr çərşənbə günü saat 17.00-da (Bakı vaxtı ilə 20.00) başlayıb və 19 sentyabr bazar ertəsi saat 06.30-a (Bakı vaxtı ilə 09.30) qədər davam edəcək.II Yelizavetanın dəfn mərasimi sentyabrın 19-da "Vestminster Abbatlığı"nda keçiriləcək. Mərasim yerli vaxtla saat 11.00-da (Bakı vaxtı ilə 14.00) baş tutacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1f/440669965_193:0:2366:1630_1920x0_80_0_0_6a66f60712222a5933d3c0353255620c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kraliça ii yelizaveta, tibbi yardım
kraliça ii yelizaveta, tibbi yardım
II Yelizaveta ilə vidalaşmaq istəyənlərdən 700-dən çoxuna tibbi yardım göstərilib - KİV
17:55 17.09.2022 (Yenilənib: 17:56 17.09.2022) Yetmiş ildən artıq ölkəyə rəhbərlik etmiş Böyük Britaniya kraliçası II Yelizaveta sentyabrın 8-də Şotlandiyada 96 yaşında vəfat edib. II Yelizavetanın dəfn mərasimi sentyabrın 19-da, yerli vaxtla saat 11.00-da (Bakı vaxtı ilə 14.00) baş tutacaq.
BAKI, 17 sentyabr - Sputnik. Kraliça II Yelizaveta ilə vidalaşmaq istəyən 700-dən çox insana növbə gözləyərkən səhhəti pisləşdiyi üçün tibbi yardım göstərlilib. Bu barədə Rusiya mediası "İndependent"ə istinadən xəbər yayıb.
Həkimlərin sözlərinə görə, növbə başlayandan üç gün ərzində 710 nəfərə tibbi yardım göstərilib, onlardan 81 nəfəri xəstəxanaya çatdırılıb.
Eyni zamanda, təkcə cümə günü 275 nəfərə tibbi yardım lazım olub.
Həkimlər onu da əlavə ediblər ki, onların əksəriyyəti huşunu itirib və bu, tez-tez baş zədələrinə səbəb olub.
Qeyd olunur ki, həkimlər növbəyə dayanan insanlara şənbə günü axşam soyuqlama və "bir neçə saat, bəlkə də bütün gecə ayaqda durmaq" zərurəti barədə xəbərdarlıq edib.
İnsanlara növbə gözləyərkən dərman və isti paltar gətirmək, bol su içmək və müntəzəm qəlyanaltı yemək tövsiyə olunur.
Daha əvvəl KİV-lər xəbər vermişdi ki, çərşənbə və cümə axşamı 430-dan çox insan gözləyərkən xəstələnib. Cümə günü bildirilib ki, Londonda Kraliça II Yelizaveta üçün vida növbəsinə giriş bərpa edilib və təxmini gözləmə müddəti 24 saatdan çox olub.
Bundan əvvəl Böyük Britaniyanın Mədəniyyət, Media və İdman Nazirliyi Londonda II Yelizaveta ilə vidalaşmaq istəyənlərin növbəsinin maksimum həddə çatdığını və girişin 6 saat müddətinə məhdudlaşdırıldığını bildirmişdi.
Yetmiş ildən artıq ölkəyə rəhbərlik etmiş Böyük Britaniya kraliçası II Yelizaveta sentyabrın 8-də Şotlandiyada 96 yaşında vəfat edib.
Şahzadə Çarlz "III Karl" adını alaraq monarx olub, arvadı Kamilla kraliça-konsorti statusunu alıb.
Kraliça ilə ictimaiyyətin vida mərasimi 14 sentyabr çərşənbə günü saat 17.00-da (Bakı vaxtı ilə 20.00) başlayıb və 19 sentyabr bazar ertəsi saat 06.30-a (Bakı vaxtı ilə 09.30) qədər davam edəcək.
II Yelizavetanın dəfn mərasimi sentyabrın 19-da "Vestminster Abbatlığı"nda keçiriləcək. Mərasim yerli vaxtla saat 11.00-da (Bakı vaxtı ilə 14.00) baş tutacaq.