Hansı dövlət qurumları çap mediası subyektinin təsisçisi ola bilər
© Sputnik / Anar MustafayevBakıda qəzet satışı, arxiv şəkli
© Sputnik / Anar Mustafayev
Abunə olmaq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müvafiq fərman imzalayıb.
BAKI, 17 sentyabr - Sputnik. Azərbaycanda çap mediası subyektinin təsisçisi ola biləcək dövlət orqanlarının (qurumlarının) siyahısı təsdiq olunub. Azərtac xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də bununla bağlı fərman imzalayıb.
Siyahıya aşağıdakı dövlət orqanlarının adları daxil edilib:
1.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi;2.
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi;3.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi;4.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi;5.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;6.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi;7.
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti;8.
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti;9.
Azərbaycan Milli Elmlər Akademiyası;10.
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi.