https://sputnik.az/20220917/foto-ve-videogoruntulerle-bagli-arasdirma-baslanilib-446185829.html
Foto və videogörüntülərlə bağlı araşdırma başlanılıb
Foto və videogörüntülərlə bağlı araşdırma başlanılıb
Sputnik Azərbaycan
Qurumun məlumatında deyilir ki, sosial şəbəkələrdə Azərbaycan hərbi qulluqçuları tərəfindən saxlanılmış erməni təxribatçılara qarşı qeyri-insani rəftar... 17.09.2022, Sputnik Azərbaycan
2022-09-17T20:31+0400
2022-09-17T20:31+0400
2022-09-17T20:31+0400
baş prokurorluq
sosial şəbəkələr
hərbi qulluqçular
araşdırma
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/40757/67/407576790_0:30:1280:750_1920x0_80_0_0_aaf8cfe0b40c98dd7cd1200f94a14d76.jpg
BAKI, 17 sentyabr - Sputnik. Baş Prokurorluq sosial şəbəkələrdə Azərbaycan hərbi qulluqçuları ilə bağlı bəzi iddiaların araşdırılmasına başlayıb. Bu barədə qurumun məlumatında deyilir.Bildirilir ki, cari ilin sentyabrın 12-14-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatın və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması ilə əlaqədar Azərbaycan Silahlı Qüvvələri tərəfindən zəruri tədbirlər görülməklə həmin qanunsuz əməllərin qarşısı qətiyyətlə alınıb."Həmin ərəfədə bəzi sosial şəbəkələrdə Azərbaycan hərbi qulluqçuları tərəfindən erməni silahlı birləşmələrinin üzvlərinin meyitlərinə qarşı qanunsuz əməllərə yol verilməsi, habelə saxlanılmış təxribatçılara qarşı qeyri-insani rəftar göstərilməsinin iddia olunduğu görüntülər paylaşılıb. Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən bu kateqoriyadan olan videolar üzrə onların həqiqi olub-olmaması, habelə videolardakı görüntülərin çəkildiyi zaman və məkan, onlarda əks olunan hərbi qulluqçuların şəxsiyyəti, eləcə də obyektiv həqiqətin müəyyən edilməsi üçün əhəmiyyət kəsb edən digər bütün hallar tam və hərtərəfli araşdırılır", - deyə Baş Prokurorluğun məlumatında bildirilir.Xatırladaq ki, sentyabrın 13-nə keçən gecə Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin təxribat törətməsi barədə məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində irimiqyaslı təxribat törədilib.Ermənistan silahlı qüvvələrinin təxribat qrupları gecə saatlarında dağlıq ərazidən və mövcud dərələrdən istifadə edərək Azərbaycan ordusunun bölmələrinin mövqeləri və təchizat marşrutları arasında müxtəlif istiqamətlərdə minaalara başlayıblar.Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrinin qarşısını alaraq cavab tədbirləri görüb, toqquşmaların genişlənməsinin qarşısının alınması üçün də tədbirlər görülüb.Beləliklə, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbçilərinin sayı 79-a çatıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40757/67/407576790_0:0:1232:924_1920x0_80_0_0_fcca258471670234fb328b8c49e0c19c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
baş prokurorluq, sosial şəbəkələr, hərbi qulluqçular, araşdırma
baş prokurorluq, sosial şəbəkələr, hərbi qulluqçular, araşdırma
Foto və videogörüntülərlə bağlı araşdırma başlanılıb
Qurumun məlumatında deyilir ki, sosial şəbəkələrdə Azərbaycan hərbi qulluqçuları tərəfindən saxlanılmış erməni təxribatçılara qarşı qeyri-insani rəftar göstərilməsinin iddia olunduğu görüntülər paylaşılıb.
BAKI, 17 sentyabr - Sputnik. Baş Prokurorluq sosial şəbəkələrdə Azərbaycan hərbi qulluqçuları ilə bağlı bəzi iddiaların araşdırılmasına başlayıb. Bu barədə qurumun məlumatında deyilir.
Bildirilir ki, cari ilin sentyabrın 12-14-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatın və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması ilə əlaqədar Azərbaycan Silahlı Qüvvələri tərəfindən zəruri tədbirlər görülməklə həmin qanunsuz əməllərin qarşısı qətiyyətlə alınıb.
"Həmin ərəfədə bəzi sosial şəbəkələrdə Azərbaycan hərbi qulluqçuları tərəfindən erməni silahlı birləşmələrinin üzvlərinin meyitlərinə qarşı qanunsuz əməllərə yol verilməsi, habelə saxlanılmış təxribatçılara qarşı qeyri-insani rəftar göstərilməsinin iddia olunduğu görüntülər paylaşılıb. Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən bu kateqoriyadan olan videolar üzrə onların həqiqi olub-olmaması, habelə videolardakı görüntülərin çəkildiyi zaman və məkan, onlarda əks olunan hərbi qulluqçuların şəxsiyyəti, eləcə də obyektiv həqiqətin müəyyən edilməsi üçün əhəmiyyət kəsb edən digər bütün hallar tam və hərtərəfli araşdırılır", - deyə Baş Prokurorluğun məlumatında bildirilir.
Xatırladaq ki, sentyabrın 13-nə keçən gecə Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin təxribat törətməsi barədə məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində irimiqyaslı təxribat törədilib.
Ermənistan silahlı qüvvələrinin təxribat qrupları gecə saatlarında dağlıq ərazidən və mövcud dərələrdən istifadə edərək Azərbaycan ordusunun bölmələrinin mövqeləri və təchizat marşrutları arasında müxtəlif istiqamətlərdə minaalara başlayıblar.
Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrinin qarşısını alaraq cavab tədbirləri görüb, toqquşmaların genişlənməsinin qarşısının alınması üçün də tədbirlər görülüb.
Beləliklə, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbçilərinin sayı 79-a çatıb.