https://sputnik.az/20220917/ermeni-texribatcilarinin-basdirdiqlari-minalar-askar-olunub---mn-446173759.html
Erməni təxribatçılarının basdırdıqları minalar aşkar olunub - MN
Erməni təxribatçılarının basdırdıqları minalar aşkar olunub - MN
Sputnik Azərbaycan
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, bir neçə gün əvvəl Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdə irimiqyaslı təxribat törədib. 17.09.2022, Sputnik Azərbaycan
2022-09-17T12:14+0400
2022-09-17T12:14+0400
2022-09-17T12:14+0400
azərbaycan xəbərləri
müdafiə nazirliyi
mina
https://cdnn1.img.sputnik.az/img/07e6/08/10/445062730_0:181:544:487_1920x0_80_0_0_ee204af584140f222e60f5501c52a2ab.jpg
BAKI, 17 sentyabr - Sputnik. Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri Ermənistan sərhədi yaxınlığındakı ərazilərdə minalardan təmizləmə işlərini davam etdirir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.Belə ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Laçın və Daşkəsən rayonlarında genişmiqyaslı təxribatı zamanı qarşı tərəfin diversiya qruplarının sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarından istifadə edərək müxtəlif istiqamətlərdə minaladıqları Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilər və təminat yolları mühəndis-istehkam bölmələrimiz tərəfindən təmizlənir. Ərazidə aparılan minatəmizləmə fəaliyyəti nəticəsində 100 ədəd Ermənistanda istehsal edilmiş piyada əleyhinə PMN-Э minası, 8 ədəd piyada əleyhinə PMN-2 minası və 10 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.Mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.Xatırladaq ki, sentyabrın 13-nə keçən gecə Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin təxribat törətməsi barədə məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində irimiqyaslı təxribat törədilib.Ermənistan silahlı qüvvələrinin təxribat qrupları gecə saatlarında dağlıq ərazidən və mövcud dərələrdən istifadə edərək Azərbaycan ordusunun bölmələrinin mövqeləri və təchizat marşrutları arasında müxtəlif istiqamətlərdə minaalara başlayıblar.Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrinin qarşısını alaraq cavab tədbirləri görüb, toqquşmaların genişlənməsinin qarşısının alınması üçün də tədbirlər görülüb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/10/445062730_0:130:544:538_1920x0_80_0_0_242b6fa1a74a2818b7ed5ca64921b926.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
müdafiə nazirliyi, mina
Erməni təxribatçılarının basdırdıqları minalar aşkar olunub - MN
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, bir neçə gün əvvəl Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdə irimiqyaslı təxribat törədib.
BAKI, 17 sentyabr - Sputnik. Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri Ermənistan sərhədi yaxınlığındakı ərazilərdə minalardan təmizləmə işlərini davam etdirir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Belə ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Laçın və Daşkəsən rayonlarında genişmiqyaslı təxribatı zamanı qarşı tərəfin diversiya qruplarının sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarından istifadə edərək müxtəlif istiqamətlərdə minaladıqları Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilər və təminat yolları mühəndis-istehkam bölmələrimiz tərəfindən təmizlənir.
Ərazidə aparılan minatəmizləmə fəaliyyəti nəticəsində 100 ədəd Ermənistanda istehsal edilmiş piyada əleyhinə PMN-Э minası, 8 ədəd piyada əleyhinə PMN-2 minası və 10 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.
Mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.
Xatırladaq ki, sentyabrın 13-nə keçən gecə Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin təxribat törətməsi barədə məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində irimiqyaslı təxribat törədilib.
Ermənistan silahlı qüvvələrinin təxribat qrupları gecə saatlarında dağlıq ərazidən və mövcud dərələrdən istifadə edərək Azərbaycan ordusunun bölmələrinin mövqeləri və təchizat marşrutları arasında müxtəlif istiqamətlərdə minaalara başlayıblar.
Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrinin qarşısını alaraq cavab tədbirləri görüb, toqquşmaların genişlənməsinin qarşısının alınması üçün də tədbirlər görülüb.