https://sputnik.az/20220917/daha-bir-herbcimiz-dunyasini-deyisdi-446189546.html
Daha bir hərbçimiz dünyasını dəyişdi
Daha bir hərbçimiz dünyasını dəyişdi
Sputnik Azərbaycan
Nazirliyin məlumatına görə, 12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan... 17.09.2022, Sputnik Azərbaycan
2022-09-17T22:46+0400
2022-09-17T22:46+0400
2022-09-17T23:07+0400
azərbaycan-ermənistan sərhədində vəziyyət
şəhid
müdafiə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e6/09/0e/446016684_0:160:3072:1888_1920x0_80_0_0_bc9dbe234949d3b2567a7962dba325e2.jpg
BAKI, 17 sentyabr - Sputnik. Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən ağır yaralanan Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Qurbanov Yusif Asif oğlu sentyabrın 17-də Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında vəfat edib. Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, həkimlərimizin səyinə baxmayaraq Y.Qurbanovun həyatını xilas etmək mümkün olmayıb.Xatırladaq ki, bu gün Müdafiə Nazirliyi genişmiqyaslı təxribatın qarşısını alarkən yaralananların sayını açıqlayıb.Məlumatda qeyd olunurdu ki, 12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Yaralanan 282 hərbi qulluqçulardan 43 nəfər ilkin tibbi yardımdan sonra ordu sıralarına qayıtdığı, 115 nəfərin vəziyyətinin kafi, 103 nəfər orta-ağır, 21 nəfərin isə vəziyyətinin ağır olduğu bildirilirdi.Beləliklə, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbçilərinin sayı 80-ə çatıb.Şəhid olan hərbi qulluqçularımızın yaxınlarına dərin hüznlə başsağlığı veririk.Allah şəhidlərimizə rəhmət eləsin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/0e/446016684_171:0:2902:2048_1920x0_80_0_0_a9d84d5356100d27db9757a2b2300637.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şəhid, müdafiə nazirliyi
Daha bir hərbçimiz dünyasını dəyişdi
22:46 17.09.2022 (Yenilənib: 23:07 17.09.2022) Nazirliyin məlumatına görə, 12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
BAKI, 17 sentyabr - Sputnik. Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən ağır yaralanan Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Qurbanov Yusif Asif oğlu sentyabrın 17-də Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında vəfat edib. Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, həkimlərimizin səyinə baxmayaraq Y.Qurbanovun həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, bu gün Müdafiə Nazirliyi genişmiqyaslı təxribatın qarşısını alarkən yaralananların sayını açıqlayıb.
Məlumatda qeyd olunurdu ki, 12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralanan 282 hərbi qulluqçulardan 43 nəfər ilkin tibbi yardımdan sonra ordu sıralarına qayıtdığı, 115 nəfərin vəziyyətinin kafi, 103 nəfər orta-ağır, 21 nəfərin isə vəziyyətinin ağır olduğu bildirilirdi.
Beləliklə, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbçilərinin sayı 80-ə çatıb.
Şəhid olan hərbi qulluqçularımızın yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Allah şəhidlərimizə rəhmət eləsin.