https://sputnik.az/20220917/ceyhun-bayramovla-britaniyanin-dovlet-naziri-leo-dokerti-arasinda-telefon-danisigi-olub-446185037.html
Ceyhun Bayramovla Britaniyanın dövlət naziri Leo Dokerti arasında telefon danışığı olub
Ceyhun Bayramovla Britaniyanın dövlət naziri Leo Dokerti arasında telefon danışığı olub
Sputnik Azərbaycan
Böyük Britaniyanın Avropa regionu üzrə Dövlət naziri Azərbaycanın hərbi qulluqçularının həlak olmasına görə başsağlığı bildirib, hal-hazırda atəşkəsə əməl... 17.09.2022, Sputnik Azərbaycan
2022-09-17T18:49+0400
2022-09-17T18:49+0400
2022-09-17T22:24+0400
siyasət
ceyhun bayramov
böyük britaniya
telefon danışığı
nazir
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443300831_0:160:3072:1888_1920x0_80_0_0_03f0109e13887dd5937ba459dcf6a56f.jpg
BAKI, 17 sentyabr - Sputnik. Sentyabrın 17-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa regionu üzrə Dövlət naziri Leo Dokerti ilə telefon danışığı baş tutub. Bu barədə XİN məlumat yayıb.Telefon danışığı zamanı tərəflər Ermənistanın təxribatları nəticəsində bölgədə yaranmış gərgin vəziyyəti müzakirə ediblər.Ceyhun Bayramov 12 sentyabr tarixindən etibarən Ermənistanın silahlı qüvvələrimizin mövqelərini atəşə tutması və hücumları nəticəsində 79 nəfər hərbi qulluqçumuzun həlak olduğunu, bölgədə yaranmış gərginliyə görə məsuliyyətin Ermənistan üzərinə düşdüyünü diqqətə çatdırıb.Ermənistanın 44 günlük Vətən müharibəsindən sonra əldə edilmiş razılıqlar çərçivəsində öhdəliklərə riayət etməməsi, habelə post-münaqişə dövründə normallaşma prosesinə yaratdığı maneələr və silsilə təxribatlar barədə məlumat verilib.Hal-hazırda atəşkəsə əməl olunduğu, Ermənistanın təxribatlardan çəkinməsinin və iki dövlət arasında məsələlərin danışıqlar yolu ilə həll edilməsinin əhəmiyyətli olduğu vurğulanıb.Azərbaycanın sülh gündəliyini irəlilədən və bölgədə yenidənqurma işləri aparan bir dövlət kimi Ermənistan ilə siyasi-diplomatik müstəvidə normallaşma prosesində maraqlı olduğu nazir tərəfindən diqqətə çatdırılıb.Leo Dokerti öz növbəsində yaranmış vəziyyətə görə narahatlığını ifadə edib, Azərbaycanın hərbi qulluqçularının həlak olmasına görə başsağlığı bildirib, hal-hazırda atəşkəsə əməl olunmasından məmnunluğunu vurğulayıb.Sabitliyin təmin olunacağına və Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin davam edəcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.Daha sonra, tərəflər Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlığının gündəliyində duran məsələlər üzrə fikir mübadiləsi aparıblar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443300831_171:0:2902:2048_1920x0_80_0_0_ba039eeb77b5ecd013440ae4895f1bec.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ceyhun bayramov, böyük britaniya, telefon danışığı, nazir
ceyhun bayramov, böyük britaniya, telefon danışığı, nazir
Ceyhun Bayramovla Britaniyanın dövlət naziri Leo Dokerti arasında telefon danışığı olub
18:49 17.09.2022 (Yenilənib: 22:24 17.09.2022) Böyük Britaniyanın Avropa regionu üzrə Dövlət naziri Azərbaycanın hərbi qulluqçularının həlak olmasına görə başsağlığı bildirib, hal-hazırda atəşkəsə əməl olunmasından məmnunluğunu vurğulayıb.
BAKI, 17 sentyabr - Sputnik. Sentyabrın 17-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa regionu üzrə Dövlət naziri Leo Dokerti ilə telefon danışığı baş tutub. Bu barədə XİN məlumat yayıb.
Telefon danışığı zamanı tərəflər Ermənistanın təxribatları nəticəsində bölgədə yaranmış gərgin vəziyyəti müzakirə ediblər.
Ceyhun Bayramov 12 sentyabr tarixindən etibarən Ermənistanın silahlı qüvvələrimizin mövqelərini atəşə tutması və hücumları nəticəsində 79 nəfər hərbi qulluqçumuzun həlak olduğunu, bölgədə yaranmış gərginliyə görə məsuliyyətin Ermənistan üzərinə düşdüyünü diqqətə çatdırıb.
Ermənistanın 44 günlük Vətən müharibəsindən sonra əldə edilmiş razılıqlar çərçivəsində öhdəliklərə riayət etməməsi, habelə post-münaqişə dövründə normallaşma prosesinə yaratdığı maneələr və silsilə təxribatlar barədə məlumat verilib.
Hal-hazırda atəşkəsə əməl olunduğu, Ermənistanın təxribatlardan çəkinməsinin və iki dövlət arasında məsələlərin danışıqlar yolu ilə həll edilməsinin əhəmiyyətli olduğu vurğulanıb.
Azərbaycanın sülh gündəliyini irəlilədən və bölgədə yenidənqurma işləri aparan bir dövlət kimi Ermənistan ilə siyasi-diplomatik müstəvidə normallaşma prosesində maraqlı olduğu nazir tərəfindən diqqətə çatdırılıb.
Leo Dokerti öz növbəsində yaranmış vəziyyətə görə narahatlığını ifadə edib, Azərbaycanın hərbi qulluqçularının həlak olmasına görə başsağlığı bildirib, hal-hazırda atəşkəsə əməl olunmasından məmnunluğunu vurğulayıb.
Sabitliyin təmin olunacağına və Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin davam edəcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.
Daha sonra, tərəflər Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlığının gündəliyində duran məsələlər üzrə fikir mübadiləsi aparıblar.