Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Amerika Avropanı xilas etməkdən imtina edib

© AP Photo / David ZalubowskiФлаги США, фото из архива
Флаги США, фото из архива - Sputnik Azərbaycan, 1920, 17.09.2022
Abunə olmaq
İndiki böhran ABŞ-ın əli ilə yaradılıb və vəziyyətin ironiyası ondan ibarətdir ki, məhz Vaşinqton Rusiya kömürünün, neftinin və qazının tədarükünə qarşı bütün mümkün məhdudlaşdırıcı tədbirləri tətbiq etməyi Brüsseldən fəal surətdə tələb edib.
Yayın yenicə başa çatdığı və qışın soyuğunun hələ başlamağı düşünmədiyi bir vaxtda qürurlu Qərb birliyi tam gücü ilə çat verir. Xarici mətbuatda Amerikanın neft və qaz şirkətlərinin rəhbərləri ilə çoxsaylı müsahibələr yayılıb. Burada onlar birbaşa olaraq Avropanı karbohidrogen enerji mənbələri qıtlığından xilas edə bilməyəcəklərini və sonuncunun ciddi sınaqlara, o cümlədən istehsalın azaldılması və elektrik kəsilməsinə hazırlaşmalı olduğunu deyiblər.
Vəziyyətin şübhəsiz ironiyası ondan ibarətdir ki, məhz Vaşinqton Rusiya kömürünün, neftinin və qazının tədarükünə qarşı bütün mümkün məhdudlaşdırıcı tədbirləri tətbiq etməyi Brüsseldən fəal surətdə və praktiki olaraq tələb edib. Embarqonun tətbiqinin Rusiya iqtisadiyyatını çökdürəcəyi və büdcəni qurudacağı gözlənilirdi, çünki, bir çoxları belə hesab edirdi ki, Rusiya iqtisadiyyatı yalnız enerji resurslarının satışından əldə edilən valyuta inyeksiyalarına, xüsusən də tarixən Rusiya ixracı üçün əsas bazar rolu oynayan Avropaya satışdan əldə edilə gəlirə əsaslanır. Birləşmiş Ştatlar öz şist neftinin və mayeləşdirilmiş qazının transkontinental tədarükünü artırmaqla müttəfiqlərini xilas edəcəyini və buna görə də təlaş üçün heç bir səbəb olmadığını hər künc-bucaqda səsləndirirdi.
Ancaq Rusiya kömürünün alınmasına tam qadağa qoyulduqdan və neft qiymətlərinə tavan tətbiq etmək cəhdindən sonra birdən məlum oldu ki, azalan həcmləri əvəz etmək olduqca problemlidir. Digər ölkələrdən alınanların qiyməti isə bir neçə dəfə bahadır. Məsələn, bir ton enerji növlü kömürün dəyəri inamla 350 dollardan yuxarıdır ki, bu da bir il əvvəlkindən ən azı üç dəfə yüksəkdir. ABŞ-ın maliyyə naziri Canet Yellen neft bazarındakı vəziyyəti srağagün çox başa düşülən və gözəl sözlərlələ təsvir edib. Rusiya neftinin idxalına tam qadağa tətbiq edildikdən sonra - bu ehtimal hələ də nəzərdən keçirilir və embarqo ilin sonuna qədər qüvvəyə minə bilər. Bu, qiymətlərin kəskin sıçrayışına - 1 barel üçün 100 dollara bərabər olmasına səbəb olacaq. Bəzi Amerika iqtisadçıları və analitik agentlikləri bunun hətta 120-140 dollara bərabər olacağını söyləyirlər.
Qeyd etmək lazımdır ki, amerikalılar Avropa idxalında öz paylarını həqiqətən güclü və kəskin şəkildə artırıblar. Məsələn, aprel ayında, yəni XHƏ-nin başlamasından və Rusiya tədarükünün tədricən dağılmasından iki aydan az bir müddət sonra Amerika neftçiləri avropalı dostlarına gündəlik rekord həddə neft - 1,5 milyon barel satıblar. Təbii qazın ixracı da təsirli şəkildə artıb - təkcə iyul ayında amerikalılar ümumi həcmi 57 milyard kubmetr olan mayeləşdirilmiş təbii qazı Avropa limanlarına çatdırıblar.
Beləliklə, Köhnə Dünya xaricə satılan bütün qazın 68 faizini təşkil edən və Amerika mənşəli olan əsas satış bazarına çevrilib. Üstəlik, prezident Bayden administrasiyası əlavə 15 milyard kubmetrə istinad edərək tədarükləri daha da artırmağa and içib. Məhz bu melodiya altında yuxarıdakı rəqəmlərlə manipulyasiya edərək, Avropa Birliyi özünü intihar enerjisi çuxuruna atmağa inandırıb.
Əslində, bazarın bayağı şəkildə yenidən bölüşdürülməsi baş verib. Bir satıcı bir tərəfdən alıcını az qala ölümcül qorxudub, digər tərəfdən isə ona qızıl dağlar vəd edərək rəqibi sadəcə olaraq, sıxışdıraraq aradan çıxarıb. Sxem 90-cı illərdə hər cür cinayətkar elementlərin və reketlərin istifadə etdiyi sxemə çox bənzəyir.
İndi isə pəncərə arxasında, çox isti sentyabrın ortalarıdır. Okeanın o tayından gələn ritorika isə çox radikal şəkildə dəyişib. Qısaca olaraq, əsas fikri belə ifadə etmək olar: neft və qaz yoxdur, amma siz dözün!
Məsələn, neft-qaz sektoruna sərmayə qoyuluşu ilə məşğul olan "Quantum Energy Partners" iri səhmdar cəmiyyətinin nümayəndəsi açıq şəkildə deyir ki, nə indi, nə də yaxın gələcəkdə hasilatı artırmaq mümkün deyil. "Kömək olmayacaq" deyən şirkət rəhbəri sözünü yükunlaşdırır: "Nə neft, nə də qaz sahəsində".
"Pioneer Natural Resources" qazma şirkətindən olan həmkarları onu dəstəkləyirlər. Onun direktoru bildirir ki, ABŞ-da qazma qurğularının sayı son bir ildə demək olar ki, dəyişməz qalıb və onların sayını artırmaq planları yoxdur. Üstəlik, xam neft hasilatının, hətta gündəlik, təxminən, bir milyon barel azalacağı gözlənilir.
Aİ tərəfindən əlavə məhdudiyyətlərin tətbiqi praktiki olaraq həll edilmiş məsələ olduğundan, ilin sonuna qədər Rusiya neftinin və onun məhsullarının Köhnə Dünyaya ixracının həcminin ən azı 20 faiz azalacağı gözlənilir. Bazarlar adekvat reaksiya verib - son hərracda etalon "Brent"in bir barreli inamla 95 dollar səviyyəsində qalıb. Xaricdən tədarüklərin və bəyanatların qarşıdan gələn azalması nəzərə alınmaqla isə qara qızılın ucuzlaşmayacağını əminliklə gözləmək olar.
Aİ-yə təbii qaz ixracının, təxminən, 50 milyard həcmində azalacağı ilə bağlı proqnozunu açıqlayan və bunun da 2021-ci ilin nəticələri ilə müqayisədə tam üçdə bir azalma demək olduğunu vurğulayan Aleksandr Novakın çıxışı "ocağın üzərinə yağ tökməyə" bərabər oldu. Amma bu o demək deyil ki, Rusiya büdcəsi daha az gəlir əldə edəcək. Yaxın vaxtlarda həmin 50 milyard kubmetr tutumlu "Sibirin gücü-2" qaz kəmərinin tikintisinə dair razılıq əldə etmək üçün yekun danışıqlar aparılacaq. Birinci "Qüvvə" üçün tədarük həcminin artırılması prosesdədir. Qısa müddətdə bu boru ilə ən azı 20 milyard kubmetr mavi yanacaq vurulacaq. Vladivostokdan Çinin şimal hissəsinə qaz kəməri də texniki inkişaf mərhələsindədir. Bu, daha 10 milyarddır. Bəli, sadalanan layihələr sabah işə salınmayacaq, lakin boru kəmərləri nəhayət Rusiya bazarını Asiya-Sakit Okean regionunda praktiki olaraq premium və sonsuz tələbatla birləşdirəcək.
İstilik mövsümünə son dərəcə qaranlıq perspektivlərlə qədəm qoyan Avropanın özündə amerikalı energetiklərin bəyanatlarına münasibətə gəlincə, burada heç bir mübaliğəsiz - xalqın narazılığının partlayışından tutmuş bu siyasi blokun fiziki çöküşünə qədər hər şeyi gözləmək olar.
Bu günlərdə Polşanın baş naziri Almaniyanı indiki böhran yaratmaqda ittiham edərək, dağıdıcı tənqidlərlə Almaniyaya qarşı hücuma keçib. Moravetskiy bəyan edib ki, Avropanın enerji sənayesi bərbad vəziyyətdədir və buna səbəb Berlinin kömür və atom elektrik stansiyalarından vaxtından əvvəl imtina etməsi, eləcə də məlum səbəblərdən artıq layihə funksiyalarını yerinə yetirə bilməyən Şimal axınından hədsiz asılılıqdır.
Ancaq bu, heç də hamısı deyil.
Elə həmin Polşa elan edib ki, almanlardan İkinci dünya müharibəsi zamanı işğal illərinə görə - bir trilyon dollardan çox məbləğdə təzminat tələb edir. Yəni, Aİ büdcəsindən geri qaytarılmayan maliyyə yardımının əsas alıcısı olan Varşava əsas donorla münasibətləri qəsdən maksimum dərəcədə gərginləşdirir.
Bu, yalnız enerji böhranından qaynaqlanan sistemli siyasi böhranın dərinliyinə dəlalət edə bilər. Polşa liderlərinin son həftələrdə söylədiyi sözlər, başqa vaxtlarda nəinki diplomatik münasibətlərin kəsilməsinə, onları həddən artıq soyutmağa belə kifayət edərdi. Avropadaxili dövlətlərarası ritorikanın intensivliyi Avropadakı böhranı aydın şəkildə əks etdirir. Bu zaman ayrı-ayrı iştirakçılar hiddətlə karbohidrogen örtüyünü öz üzərlərinə çəkir, eyni zamanda qonşuları arasında günahkar axtarırlar.
İndiki böhran ABŞ-ın əli ilə yaradılıb və heç kim zəmanət verə bilməz ki, Avropada real mərkəzdənqaçma parçalanma prosesləri başlamayacaq. Yeri gəlmişkən, ola bilsin ki, böhranı planlaşdıranlar məhz bunu nəzərdə tutublar.
Xəbər lenti
0