https://sputnik.az/20220916/valyuta-herraclarinda-teklif-telebi-usteleyir-446129722.html
Valyuta hərraclarında təklif tələbi üstələyir
Valyuta hərraclarında təklif tələbi üstələyir
Sputnik Azərbaycan
Səkkiz ayda strateji valyuta ehtiyatları 2.7 mlrd. ABŞ dolları artaraq 55.9 mlrd. ABŞ dollarına yüksəlib 16.09.2022, Sputnik Azərbaycan
2022-09-16T13:45+0400
2022-09-16T13:45+0400
2022-09-16T13:53+0400
hərrac
iqtisadiyyat
https://cdnn1.img.sputnik.az/img/40517/04/405170441_0:77:2001:1202_1920x0_80_0_0_9fc74715935f07009f43999be7bbcce1.jpg
BAKI, 16 sentyabr — Sputnik, Xalid Məmmədov. Mərkəzi Bankda təşkil olunan valyuta hərraclarında təklif tələbi üstələməkdə davam edir. Ümumilikdə cari ilin əvvəlindən bəri keçirilən hərracların 77%-də təklif tələbi üstələyib.Bu barədə Mərkəzi Bankın faiz dəhlizinin parametrləri haqqında məlumatında bildirilib.Dövlət Neft Fondunun satışları üzrə əhəmiyyətli qənaət var. Cari ilin aprel ayından başlayaraq dövlət büdcəsinin birbaşa valyuta xərclərinin əsasən dövlətin valyuta gəlirləri hesabına ödənilməsi də hərraclardakı tələb-təklif nisbətinə təsir edib.Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönlü olmaqla yanvar-avqust aylarında 606.7 mln. dollar, o cümlədən aprel-avqust aylarında 473.8 mln. dollar olub.Qeyd edək ki, profisitli tədiyə balansı şəraitində 2022-ci ilin 8 ayında strateji valyuta ehtiyatları 5.1% və ya 2.7 mlrd. ABŞ dolları artaraq 55.9 mlrd. ABŞ dollarına yüksəlib.Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.75%, faiz dəhlizinin aşağı həddi 4%, yuxarı həddi isə 9.25% səviyyəsində dəyişməz saxlanılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40517/04/405170441_146:0:1853:1280_1920x0_80_0_0_12e8c2f1de844f54d9a03ab8adb4a355.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
hərrac
Valyuta hərraclarında təklif tələbi üstələyir
13:45 16.09.2022 (Yenilənib: 13:53 16.09.2022) Səkkiz ayda strateji valyuta ehtiyatları 2.7 mlrd. ABŞ dolları artaraq 55.9 mlrd. ABŞ dollarına yüksəlib
BAKI, 16 sentyabr — Sputnik, Xalid Məmmədov. Mərkəzi Bankda təşkil olunan valyuta hərraclarında təklif tələbi üstələməkdə davam edir. Ümumilikdə cari ilin əvvəlindən bəri keçirilən hərracların 77%-də təklif tələbi üstələyib.
Bu barədə Mərkəzi Bankın faiz dəhlizinin parametrləri haqqında məlumatında bildirilib.
Dövlət Neft Fondunun satışları üzrə əhəmiyyətli qənaət var. Cari ilin aprel ayından başlayaraq dövlət büdcəsinin birbaşa valyuta xərclərinin əsasən dövlətin valyuta gəlirləri hesabına ödənilməsi də hərraclardakı tələb-təklif nisbətinə təsir edib.
Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönlü olmaqla yanvar-avqust aylarında 606.7 mln. dollar, o cümlədən aprel-avqust aylarında 473.8 mln. dollar olub.
Qeyd edək ki, profisitli tədiyə balansı şəraitində 2022-ci ilin 8 ayında strateji valyuta ehtiyatları 5.1% və ya 2.7 mlrd. ABŞ dolları artaraq 55.9 mlrd. ABŞ dollarına yüksəlib.
Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.75%, faiz dəhlizinin aşağı həddi 4%, yuxarı həddi isə 9.25% səviyyəsində dəyişməz saxlanılıb.