https://sputnik.az/20220916/tokayevden-teklif-set-herbi-siyasi-emekdasligi-genislendirsin-446129307.html
Tokayevdən təklif: ŞƏT hərbi-siyasi əməkdaşlığı genişləndirsin
Tokayevdən təklif: ŞƏT hərbi-siyasi əməkdaşlığı genişləndirsin
Sputnik Azərbaycan
Qazaxıstan lideri müdafiə nazirlikləri və xüsusi xidmət orqanları arasında hərbi-siyasi sahədə əməkdaşlığın artırılmasını təklif edir. 16.09.2022, Sputnik Azərbaycan
2022-09-16T13:26+0400
2022-09-16T13:26+0400
2022-09-16T13:26+0400
kasım-jomart tokayev
dünya xəbərləri
şət
https://cdnn1.img.sputnik.az/img/07e6/01/05/437882203_0:167:2915:1807_1920x0_80_0_0_af9456b3f715557e38ddfa6cf124391e.jpg
BAKI, 16 sentyabr — Sputnik. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin arasında hərbi-siyasi sahədə əməkdaşlığı artırmağa çağırış edib.Sentyabrın 15-16-da Səmərqənddə ŞƏT-in sammiti keçirilir."ŞƏT-in əsas prioriteti regional təhlükəsizliyin möhkəmləndirilməsi olaraq qalır. Bu mühüm sahədə birgə fəaliyyəti nəzərdə tutan əvvəllər qəbul edilmiş sənədlərin icrasını davam etdirmək lazımdır. Ona görə də biz müdafiə nazirlikləri və xüsusi xidmət orqanları arasında hərbi-siyasi sahədə əməkdaşlığın artırılmasını təklif edirik", - Tokayev təşkilatın sammitində çıxış edərkən deyib.Son üç ildə ilk dəfə əyani keçirilən budəfəki sammitdə ŞƏT-ə üzv dövlətlərin liderlərindən əlavə, üç müşahidəçi ölkə, Belarus, İran və Monqolustan, həmçinin tərəfdaş ölkələr qismində üç ölkə Azərbaycan, Türkmənistan və Türkiyə dəvət olunub. Ermənistanın Baş naziri Nikol Paşinyanın da iştirakı gözlənilirdi, lakin çərşənbə günü axşam onun səfəri ləğv etdiyi məlum olub.Qeyd edək ki, 2001-ci ildə yaradılmış ŞƏT-ə Hindistan, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan, Pakistan və Özbəkistan üzvdür. Müşahidəçi ölkələr - Əfqanıstan, Belarus, İran və Monqolustan, tərəfdaş ölkələr - Azərbaycan, Ermənistan, Kamboca, Nepal, Türkiyə və Şri-Lankadır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/05/437882203_130:0:2861:2048_1920x0_80_0_0_0b5091e6fbe0f460181b2ec5b567924c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
kasım-jomart tokayev, şət
kasım-jomart tokayev, şət
Tokayevdən təklif: ŞƏT hərbi-siyasi əməkdaşlığı genişləndirsin
Qazaxıstan lideri müdafiə nazirlikləri və xüsusi xidmət orqanları arasında hərbi-siyasi sahədə əməkdaşlığın artırılmasını təklif edir.
BAKI, 16 sentyabr — Sputnik. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin arasında hərbi-siyasi sahədə əməkdaşlığı artırmağa çağırış edib.
Sentyabrın 15-16-da Səmərqənddə ŞƏT-in sammiti keçirilir.
"ŞƏT-in əsas prioriteti regional təhlükəsizliyin möhkəmləndirilməsi olaraq qalır. Bu mühüm sahədə birgə fəaliyyəti nəzərdə tutan əvvəllər qəbul edilmiş sənədlərin icrasını davam etdirmək lazımdır. Ona görə də biz müdafiə nazirlikləri və xüsusi xidmət orqanları arasında hərbi-siyasi sahədə əməkdaşlığın artırılmasını təklif edirik", - Tokayev təşkilatın sammitində çıxış edərkən deyib.
Son üç ildə ilk dəfə əyani keçirilən budəfəki sammitdə ŞƏT-ə üzv dövlətlərin liderlərindən əlavə, üç müşahidəçi ölkə, Belarus, İran və Monqolustan, həmçinin tərəfdaş ölkələr qismində üç ölkə Azərbaycan, Türkmənistan və Türkiyə dəvət olunub. Ermənistanın Baş naziri Nikol Paşinyanın da iştirakı gözlənilirdi, lakin çərşənbə günü axşam onun səfəri ləğv etdiyi məlum olub.
Qeyd edək ki, 2001-ci ildə yaradılmış ŞƏT-ə Hindistan, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan, Pakistan və Özbəkistan üzvdür. Müşahidəçi ölkələr - Əfqanıstan, Belarus, İran və Monqolustan, tərəfdaş ölkələr - Azərbaycan, Ermənistan, Kamboca, Nepal, Türkiyə və Şri-Lankadır.