Azərbaycan hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Vətən müharibəsindən sonra üçtərəfli bəyanatın imzalanması rəğmən sərhəddə erməni təxribatları səngimək bilmir. Ermənistanla sərhəddə son hadisələr barədə Sputnik Azərbaycan-ın süjetində oxuyun.

Təqaüdçü Hikmət baba yenə pensiyasını orduya göndərəcək - video

© SputnikHikmət Musayev
Hikmət Musayev - Sputnik Azərbaycan, 1920, 16.09.2022
Abunə olmaq
Özü kömür satıb dolanacaq, pensiyasını isə əsgərlərə göndərəcək
BAKI, 16 sentyabr — Sputnik. "Bu dəfə də əsgərlərimizə bacardığım köməyi edəcəyəm. Aylıq pensiyam 200 manatdır, hamısı ordumuza, əsgərlərimizə qurbandır. Bunu ürəkdən edirəm. Həmin o 200 manatı əsgərlərimizə göndərmək üüçün sabah ASAN Xidmət-ə gedəcəyəm. Əsgərlərimizə qurban olaram, Allah onları qorusun".
Vətən Müharibəsi dövründə Silahlı Qüvvələrə Yardım Fonduna 180 manat təqaüd yolladıqdan sonra qısa müddətdə hər kəsin sevimlisinə çevrilən Şəkinin Baş Küngüt kənd sakini Hikmət Musayev Sputnik Azərbaycan-a açıqlamasında belə deyib.
Tək yaşayan Hikmət baba əsgərlərimizdən səs-soraq ala bilmək üçün bütün günü televiziya qarşısında əyləşdiyini bildirib: "Bütün günü xəbərləri izləyirəm. Şəhid xəbərləri təbii ki, mənə də pis təsir edir. Gecə-gündüz ordumuz, əsgərlərimiz üçün dua edirəm ki, Allah ordumuzu qorusun".
Müzəffər ordumuzla qürur duyduğunu deyən 71 yaşlı Hikmət baba aylıq pensiyasını əsgərlərə göndərərək özü satdığı kömürdən aldığı vəsaitlə dolanacaq: "Özüm kömür satıb da dolana bilərəm, əsas ordumuzdur".
© SputnikHikmət Musayev
Hikmət Musayev - Sputnik Azərbaycan, 1920, 16.09.2022
Hikmət Musayev
Qeyd edək ki, 2020-ci ildə Hikmət baba ayaqqabısının yırtıq olmasına baxmayaraq ASAN Xidmətə üz tutaraq 180 manat vəsaiti Silahlı Qüvvələrə Yardım Fonduna ianə etməsi hər kəs tərəfindən böyük rəğbətlə qarşılanmışdı. Hikmət baba bu reaksiyalara cavab olaraq isə belə demişdi: "İndi ayaqqabı almağın vaxtı deyil. Əsgərlərimizi düşünmək lazımdır".
Hikmət baba ilə bağlı ilk paylaşımı isə “ASAN Xidmət”in əməkdaşı Orxan Cəfərov etmişdi.
Qeyd edək ki, Hikmət babanın 4 övladı, 6 nəvəsi və 1 kötükcəsi var.
Xəbər lenti
0