https://sputnik.az/20220916/set-dovlet-bascilari-surasinin-dar-terkibde-iclasi-baslayib-446120057.html
ŞƏT Dövlət Başçıları Şurasının dar tərkibdə iclası başlayıb
ŞƏT Dövlət Başçıları Şurasının dar tərkibdə iclası başlayıb
Sputnik Azərbaycan
Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində fəxri qonaq qismində iştirak edir. 16.09.2022, Sputnik Azərbaycan
2022-09-16T09:29+0400
2022-09-16T09:29+0400
2022-09-16T09:29+0400
dünya xəbərləri
şət
iclas
putin
iran
prezident ilham əliyev
https://cdnn1.img.sputnik.az/img/07e6/09/0f/446082797_0:177:3013:1872_1920x0_80_0_0_8999c999bffdd8cf2695963a42e38bb2.jpg
BAKI, 16 sentyabr - Sputnik. Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin liderləri cümə günü Səmərqənddə dar tərkibdə sammitin iclasına başlayıb. İclasda o cümlədən Rusiya prezidenti Vladimir Putin də iştirak edir. Əvvəl liderləri Özbəkistan Prezidenti Şavkat Mirziyoyev qarşılayıb və birgə foto çəkdirmə mərasimi keçirilib.Bundan əlavə cümə günü Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası planlaşdırılır. İclasın nəticələrinə əsasən ŞƏT-in Səmərqənd Bəyannaməsi və bir sıra digər sənədlər imzalanacaq.Daha əvvəl xəbər verildiyi kimi, 2023-2027-ci illər üçün ŞƏT üzvləri arasında mehriban qonşuluq, dostluq və əməkdaşlıq haqqında sazişin, o cümlədən iqtisadiyyat, enerji, rəqəmsallaşma, nəqliyyat, rabitə, kənd təsərrüfatı, innovasiya və yeni texnologiyalar sahələrində konseptual siyasət sənədlərinin qəbulu planlaşdırılır.Bundan əlavə, sammitdə İranın ŞƏT-ə tamhüquqlu üzv kimi qəbul edilməsi proseduru tamamlanmalıdır.Xatırladaq ki, Prezident İlham Əliyev sentyabrın 15-dən 16-dək Səmərqənddə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində fəxri qonaq qismində iştirak etmək üçün Özbəkistanda səfərdədir.Qeyd edək ki, 2001-ci ildə yaradılmış ŞƏT-ə Hindistan, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan, Pakistan və Özbəkistan üzvdür. Müşahidəçi ölkələr - Əfqanıstan, Belarus, İran və Monqolustan, tərəfdaş ölkələr - Azərbaycan, Ermənistan, Kamboca, Nepal, Türkiyə və Şri-Lankadır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/0f/446082797_141:0:2872:2048_1920x0_80_0_0_aa95d9062d8f1c39914c57ac4bc0680f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şət, iclas, putin, iran, prezident ilham əliyev
şət, iclas, putin, iran, prezident ilham əliyev
ŞƏT Dövlət Başçıları Şurasının dar tərkibdə iclası başlayıb
Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində fəxri qonaq qismində iştirak edir.
BAKI, 16 sentyabr - Sputnik. Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin liderləri cümə günü Səmərqənddə dar tərkibdə sammitin iclasına başlayıb. İclasda o cümlədən Rusiya prezidenti Vladimir Putin də iştirak edir.
Əvvəl liderləri Özbəkistan Prezidenti Şavkat Mirziyoyev qarşılayıb və birgə foto çəkdirmə mərasimi keçirilib.
Bundan əlavə cümə günü Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası planlaşdırılır. İclasın nəticələrinə əsasən ŞƏT-in Səmərqənd Bəyannaməsi və bir sıra digər sənədlər imzalanacaq.
Daha əvvəl xəbər verildiyi kimi, 2023-2027-ci illər üçün ŞƏT üzvləri arasında mehriban qonşuluq, dostluq və əməkdaşlıq haqqında sazişin, o cümlədən iqtisadiyyat, enerji, rəqəmsallaşma, nəqliyyat, rabitə, kənd təsərrüfatı, innovasiya və yeni texnologiyalar sahələrində konseptual siyasət sənədlərinin qəbulu planlaşdırılır.
Bundan əlavə, sammitdə İranın ŞƏT-ə tamhüquqlu üzv kimi qəbul edilməsi proseduru tamamlanmalıdır.
Xatırladaq ki, Prezident İlham Əliyev sentyabrın 15-dən 16-dək Səmərqənddə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində fəxri qonaq qismində iştirak etmək üçün Özbəkistanda səfərdədir.
Qeyd edək ki, 2001-ci ildə yaradılmış ŞƏT-ə Hindistan, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan, Pakistan və Özbəkistan üzvdür. Müşahidəçi ölkələr - Əfqanıstan, Belarus, İran və Monqolustan, tərəfdaş ölkələr - Azərbaycan, Ermənistan, Kamboca, Nepal, Türkiyə və Şri-Lankadır.