Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Müdafiə Nazirliyi şəhid qardaşının "rüşvət"lə bağlı dediklərini təkzib etdi

© Sputnik / Zulfiyya GuluyevaŞəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov
Şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov - Sputnik Azərbaycan, 1920, 16.09.2022
Abunə olmaq
Prokurorluqdan bildirilib ki, 2-ci videoda göstərilən xüsusatlar tam və hərtərəfli araşdırılır.
BAKI, 16 sentyabr — Sputnik. Sosial şəbəkələrdə paylaşılan məlum foto və video görüntülərin Müdafiə Nazirliyi ilə heç bir əlaqəsi yoxdur.
Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunur.
“Müdafiə Nazirliyi yalnız qarşıya qoyulmuş döyüş tapşırıqlarının icrası, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyinin qorunub saxlanılması üzrə müvafiq vəzifələri yerinə yetirən dövlət qurumudur. Bildiririk ki, Müdafiə Nazirliyi şəhidlərimizə və onların ailə üzvlərinə daim xüsusi həssaslıqla yanaşır. Hesab edirik ki, şəhidlərimizlə bağlı sosial şəbəkələrdə xoşagəlməz müzakirələrin aparılması müzəffər Ordumuzun nüfuzuna xələl gətirir və yolverilməzdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!”, - məlumatda deyilir.
Xatırladaq ki, Sənan Əhmədov iki gün əvvəl verdiyi açıqlamada şəhid qardaşı Səbuhi Əhmədovdan “Komando” xüsusi briqadasına qəbul olmaq üçün 6 min manat rüşvət alındığını iddia edib. O, qardaşının həmin pulu bankdan kreditə götürdüyünü bildirib.
Bundan sonra Müdafiə Nazirliyinin ötən gün yaydığı məlumatda bildirilib ki, Sənan Əhmədovla Nazirlikdə görüş təşkil edilib. Sənan Əhmədovla onu narahat edən mövzu ilə bağlı ətraflı söhbət aparılıb. Qeyd edilib ki, müdafiə nazirinin tapşırığına əsasən hazırda məsələ ilə bağlı MN tərəfindən araşdırma aparılır.
Daha sonra isə Sənan Əhmədov qardaşından “Komando”ya qəbul edilmək üçün 6 min manat rüşvət tələb olunması məsələsi ilə bağlı yeni açıqlama verib. Şəhid qardaşı sosial şəbəkələrdə yayılan videodakı çıxışında sözügedən 6 min manatın vəzifə dəyişikliyinə aidiyyətinin olmadığını bildirib.
***
Ötən gün qeyd edildiyi kimi, şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun 1-ci videoda səsləndirdiyi fikirlərlə bağlı hazırda prokurorluq orqanları tərəfindən araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, Sənan Əhmədovun sosial mediada yayılmış 2-ci videoda göstərdiyi xüsusatlar tam və hərtərəfli araşdırılır: "Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.
Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən xahiş edirik ki, bu həssas mövzu ilə bağlı dəqiqləşdirilməmiş məlumatların yayılmasına yol verilməsin".
Xatırladaq ki, 2 gün öncə sosial şəbəkələrdə şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun şikayəti paylaşılmışdı. O iddia edib ki, vaxtilə Səbuhi Əhmədovun komando hərbi birliyinə götürülməsi üçün mərhumdan 6 min manat pul alınıb.
Bu məlumatın yayılmasından sonra isə Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı nəticəsində baş verən döyüş toqquşmasında şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Әhmәdov Sәbuhi Fuad oğlunun qardaşı Sənan Əhmədovla sentyabrın 15-də Müdafiə Nazirliyində görüş təşkil edilib.
Xatırladaq ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin 77 hərbi qulluqçusu şəhid olub.
Xəbər lenti
0