https://sputnik.az/20220916/milli-meclisde-sehid-aileleri-ve-qazilerle-bagli-dinleme-kecirilecek-446152234.html
Milli Məclisdə şəhid ailələri və qazilərlə bağlı dinləmə keçiriləcək
Milli Məclisdə şəhid ailələri və qazilərlə bağlı dinləmə keçiriləcək
Sputnik Azərbaycan
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında bir neçə qanuna dəyişikliklər müzakirə edilib. 16.09.2022, Sputnik Azərbaycan
2022-09-16T19:36+0400
2022-09-16T19:36+0400
2022-09-16T19:36+0400
milli məclis
azərbaycan xəbərləri
https://cdnn1.img.sputnik.az/img/40997/88/409978836_0:56:1589:950_1920x0_80_0_0_4f759590d2be1560fbc9f16f35f0dea4.jpg
BAKI, 16 sentyabr — Sputnik. Payız sessiyasında bir sıra qanun layihələrinin müzakirəsi, habelə şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsi, əllilliyi olan şəxslərin əmək bazarına çıxışının asanlaşdırılması ilə bağlı dinləmələrin keçirilməsi nəzərdə tutulub.Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitə iclasında deyib.İclasda bir sıra qanunlara təklif olunan dəyişikliklərlə bağlı sənədlərə baxılıb.Parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev "Əmək pensiyaları haqqında" qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş), "Sosial müavinətlər haqqında" qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş), "Sosial xidmətlər haqqında" qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələrini təqdim edib.Bildirilib ki, Azərbaycan Prezidentinin 2020-ci il 27 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı"nın 4.2-ci bəndinə əsasən bir sıra qanunlara dəyişikliklər nəzərdə tutulub. Həmin sənəddə qeyd edilən tələbin sahəvi qanunlarda əks olunması onun daha işlək və tətbiqedilən olmasını təmin edəcək.Bununla əlaqədar olaraq, adı çəkilən qanunlara təklif olunan dəyişikliklər vətəndaşların sənəd və ya məlumatın toplanması və təqdim edilməsi ilə bağlı problemlərinin aradan qaldırılmasına və vaxt itkisinin azaldılmasına, bu əsasda vətəndaş məmnunluğunun artırılmasına, habelə ölkədə Elektron Hökumət İnformasiya Sisteminin funksionallığının daha da yüksəldilməsinə və qurumlararası elektron inteqrasiyasının güclənməsinə xidmət edəcək."Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat verən şöbə müdiri Adil Vəliyev bildirib ki, sənəd Azərbaycan Prezidentinin "Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 18 may 2021-ci il tarixli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar hazırlanıb. Qanunun 6-cı maddəsinə təklif edilən dəyişikliyə görə şəhidlərə və şəhid ailələrinə xərclənən vəsaitin mənbələrinin dairəsi konkretləşdirilərək artırılıb.İclasda 2022-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Əmək və sosial siyasət komitəsində görülən işlər məqbul hesab edilib, komitənin payız sessiyası üçün iş planı təsdiq edilib, təqdim olunan 6 qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.Diqqətə çatdırılıb ki, keçən sessiyada komitəyə 887 sənəd, o cümlədən vətəndaşlardan 430 ərizə, nazirliklərdən və idarələrdən 365 cavab məktubu daxil olub. Komitəyə ünvanlanan müraciətlərdə pensiya, ünvanlı sosial yardım, mənzil problemi və digər məsələlər qaldırılır. Həmin məsələlərin həlli istiqamətində müvafiq işlər görülüb. Bununla yanaşı, komitənin sədri və üzvləri mütəmadi olaraq seçicilərlə görüşlər keçirib, onların qayğıları ilə maraqlanıblar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40997/88/409978836_322:0:1589:950_1920x0_80_0_0_bef5c21ab609dac6d63e22416c0cfc43.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
milli məclis
Milli Məclisdə şəhid ailələri və qazilərlə bağlı dinləmə keçiriləcək
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında bir neçə qanuna dəyişikliklər müzakirə edilib.
BAKI, 16 sentyabr — Sputnik. Payız sessiyasında bir sıra qanun layihələrinin müzakirəsi, habelə şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsi, əllilliyi olan şəxslərin əmək bazarına çıxışının asanlaşdırılması ilə bağlı dinləmələrin keçirilməsi nəzərdə tutulub.
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitə iclasında deyib.
İclasda bir sıra qanunlara təklif olunan dəyişikliklərlə bağlı sənədlərə baxılıb.
Parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev "Əmək pensiyaları haqqında" qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş), "Sosial müavinətlər haqqında" qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş), "Sosial xidmətlər haqqında" qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələrini təqdim edib.
Bildirilib ki, Azərbaycan Prezidentinin 2020-ci il 27 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı"nın 4.2-ci bəndinə əsasən bir sıra qanunlara dəyişikliklər nəzərdə tutulub. Həmin sənəddə qeyd edilən tələbin sahəvi qanunlarda əks olunması onun daha işlək və tətbiqedilən olmasını təmin edəcək.
Bununla əlaqədar olaraq, adı çəkilən qanunlara təklif olunan dəyişikliklər vətəndaşların sənəd və ya məlumatın toplanması və təqdim edilməsi ilə bağlı problemlərinin aradan qaldırılmasına və vaxt itkisinin azaldılmasına, bu əsasda vətəndaş məmnunluğunun artırılmasına, habelə ölkədə Elektron Hökumət İnformasiya Sisteminin funksionallığının daha da yüksəldilməsinə və qurumlararası elektron inteqrasiyasının güclənməsinə xidmət edəcək.
"Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat verən şöbə müdiri Adil Vəliyev bildirib ki, sənəd Azərbaycan Prezidentinin "Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 18 may 2021-ci il tarixli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar hazırlanıb. Qanunun 6-cı maddəsinə təklif edilən dəyişikliyə görə şəhidlərə və şəhid ailələrinə xərclənən vəsaitin mənbələrinin dairəsi konkretləşdirilərək artırılıb.
İclasda 2022-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Əmək və sosial siyasət komitəsində görülən işlər məqbul hesab edilib, komitənin payız sessiyası üçün iş planı təsdiq edilib, təqdim olunan 6 qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Diqqətə çatdırılıb ki, keçən sessiyada komitəyə 887 sənəd, o cümlədən vətəndaşlardan 430 ərizə, nazirliklərdən və idarələrdən 365 cavab məktubu daxil olub. Komitəyə ünvanlanan müraciətlərdə pensiya, ünvanlı sosial yardım, mənzil problemi və digər məsələlər qaldırılır. Həmin məsələlərin həlli istiqamətində müvafiq işlər görülüb. Bununla yanaşı, komitənin sədri və üzvləri mütəmadi olaraq seçicilərlə görüşlər keçirib, onların qayğıları ilə maraqlanıblar.