Портфель чиновника, фото из архива - Sputnik Azərbaycan, 1920
SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyevin Özbəkistan səfəri başa çatıb - VİDEO

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti İlham Əliyev Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində
Azərbaycan Prezidenti İlham Əliyev Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində - Sputnik Azərbaycan, 1920, 16.09.2022
Xəbərlərə abunə olun
НовостиTelegram
Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının sammitində iştirak edən Azərbaycan Prezidenti bir neçə dövlətin lideri ilə görüşüb.
BAKI, 16 sentyabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına səfəri sentyabrın 16-da başa çatıb.
Xatırladaq ki, Azərbaycan Prezidenti Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin dövlət başçılarının sammitində iştirak etmək üçün sentyabrın 15-də Özbəkistana səfər edib.
Azərbaycan dövlətinin başçısı sammit çərçivəsində bir sıra görüşlər keçirib.
O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif, Çin Xalq Respublikasının Sədri Si Tsinpin, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev görüşüb.
Prezident Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində iştirak edən dövlət və hökumət başçıları ilə birlikdə Səmərqənddə Konqres Mərkəzinin həyətində ağac əkib.
İlham Əliyev səfərinin ilk günü Səmərqənddə Özbəkistan Respublikasının birinci Prezidenti İslam Kərimovun məqbərəsini ziyarət edib.
Azərbaycanın dövləıt başçısı sentyabrın 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində çıxış edib.
İlham Əliyev və Vladimir Putin, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.09.2022
SİYASƏT
"Biz Qafqazda vəziyyətin sabit olması üçün nə lazımdırsa, edəcəyik" - İlham Əliyev
Xəbər lenti
0