SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Ermənistanın təcavüzkar davranışının nəticələri olacaq" - Türkiyə Prezidenti

© Sputnik / Александр Демьянчук Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan görüş zamanı
 Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan görüş zamanı - Sputnik Azərbaycan, 1920, 16.09.2022
Abunə olmaq
Ərdoğan qeyd edib ki, Ermənistanın bu səhv yoldan bir an əvvəl dönməsini, bəyanatın şərtlərini sürətlə icra etməsini, vaxtını və enerjisini sülhü gücləndirmək istiqamətində istifadə etməsini arzulayır.
BAKI, 16 sentyabr - Sputnik. Azərbaycan-Ermənistan sərhədində baş vermiş toqquşmalar zamanı şəhid olan qardaşlarımıza Allahdan rəhmət diləyirəm, yaralılara şəfa arzulayıram. Qardaşım Prezident İlham Əliyev başda olmaqla, Azərbaycan xalqına başsağlığı verirəm.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
O qeyd edib ki, Ermənistanın təxribatları qəbuledilməzdir.
“Hər zaman olduğu kimi, azərbaycanlı qardaşlarımızın yanında olduğumuzu bütün dünya bilməlidir”, - Ərdoğan vurğulayıb.
Türkiyə prezidenti bildirib ki, Ermənistan Qarabağ savaşından sonra imzalanan bəyanatın şərtlərini icra etmir, davamlı olaraq təcavüzkar davranış nümayiş etdirir. Əlbəttə, Ermənistan tərəfi üçün bu davranışın nəticələri olacaq.
"Ermənistanın bu səhv yoldan bir an əvvəl dönməsini, bəyanatın şərtlərini sürətlə icra etməsini, vaxtını və enerjisini sülhü gücləndirmək istiqamətində istifadə etməsini arzulayırıq”, - o qeyd edib.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin 77 hərbi qulluqçusu şəhid olub.
Soçidə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşü, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.09.2022
RUSİYA
Putin sərhəddəki gərginlikdən narahat olduğunu həm Əliyevə, həm də Paşinyana bildirib
Xəbər lenti
0