https://sputnik.az/20220916/ermenistan-ordusunun-itkisi-artir-herbi-veziyyetin-tetbiqi-muzakire-olunur-446126973.html
Ermənistanda hərbi vəziyyətin tətbiqi müzakirə olunur
Ermənistanda hərbi vəziyyətin tətbiqi müzakirə olunur
Sputnik Azərbaycan
Ermənistanın baş naziri sərhəddə eskalasiya zamanı ölən erməni hərbçilərin sayının günü-gündən artdığını etiraf edib. 16.09.2022, Sputnik Azərbaycan
2022-09-16T12:15+0400
2022-09-16T12:15+0400
2022-09-16T13:06+0400
ermənistan
azərbaycan-ermənistan sərhədində vəziyyət
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1a/436687422_359:0:1920:878_1920x0_80_0_0_7cbd527bb4dda09120e324ccaf396ab8.jpg
BAKI, 16 sentyabr — Sputnik. Ermənistan ordusunun 135 hərbçisi ölüb. "Sputnik Armenia"nın məlumatına görə, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan deyib.Paşinyan bildirib ki, ölkənin Təhlükəsizlik Şurası respublikada hərbi vəziyyətin tətbiqi imkanını müzakirə edib, lakin hələlik bu qərardan imtina etmək qərarına gəlib. TASS xəbər verir ki, bu barədə o, Nazirlər Kabinetinin iclasında bildirib. "Biz Təhlükəsizlik Şurasında ölkədə hərbi vəziyyətin tətbiqi imkanını müzakirə etdik, qərara gəldik ki, hələlik buna ehtiyac yoxdur. Sərhədlərimizin müdafiəsində iştirak etmək istəyən vətəndaşlar var, onlar hərbi komissarlıqlara gedə bilərlər".Qeyd edək ki, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentində çıxışı zamanı bildirmişdi ki, Azərbaycan-Ermənistan sərhədində toqquşmalar nəticəsində ölən erməni hərbçilərin təsdiqlənmiş sayı 49 nəfərdir. Sentyabrın 14-də Ermənistan parlamentində çıxışı zamanı baş nazir Ermənistan-Azərbaycan sərhədində eskalasiya zamanı erməni tərəfinin 105 hərbi qulluqçusunun həlak olduğunu dilə gətirib. Beləcə Ermənistan ordusunun canlı qüvvəsinin itki sayı 135-ə çatıb.Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib.Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib.Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib.Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusununn 71 hərbi qulluqçusu şəhid olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1a/436687422_749:0:1920:878_1920x0_80_0_0_e036b7a4c715e437dc38f73030356b0f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
ermənistan
Ermənistanda hərbi vəziyyətin tətbiqi müzakirə olunur
12:15 16.09.2022 (Yenilənib: 13:06 16.09.2022) Ermənistanın baş naziri sərhəddə eskalasiya zamanı ölən erməni hərbçilərin sayının günü-gündən artdığını etiraf edib.
BAKI, 16 sentyabr — Sputnik. Ermənistan ordusunun 135 hərbçisi ölüb. "Sputnik Armenia"nın məlumatına görə, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan deyib.
Paşinyan bildirib ki, ölkənin Təhlükəsizlik Şurası respublikada hərbi vəziyyətin tətbiqi imkanını müzakirə edib, lakin hələlik bu qərardan imtina etmək qərarına gəlib.
TASS xəbər verir ki, bu barədə o, Nazirlər Kabinetinin iclasında bildirib. "Biz Təhlükəsizlik Şurasında ölkədə hərbi vəziyyətin tətbiqi imkanını müzakirə etdik, qərara gəldik ki, hələlik buna ehtiyac yoxdur. Sərhədlərimizin müdafiəsində iştirak etmək istəyən vətəndaşlar var, onlar hərbi komissarlıqlara gedə bilərlər".
Qeyd edək ki, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentində çıxışı zamanı bildirmişdi ki, Azərbaycan-Ermənistan sərhədində toqquşmalar nəticəsində ölən erməni hərbçilərin təsdiqlənmiş sayı 49 nəfərdir. Sentyabrın 14-də Ermənistan parlamentində çıxışı zamanı baş nazir Ermənistan-Azərbaycan sərhədində eskalasiya zamanı erməni tərəfinin 105 hərbi qulluqçusunun həlak olduğunu dilə gətirib. Beləcə Ermənistan ordusunun canlı qüvvəsinin itki sayı 135-ə çatıb.
Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.
Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib.
Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib.
Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusununn 71 hərbi qulluqçusu şəhid olub.