Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Cəbiş müəllim Üzeyir Hacıbəyli haqqında

Abunə olmaq
Cəbiş müəllim dinləyicilərə görkəmli bəstəkar və dirijorun tərcümeyi-halındakı maraqlı məqamlardan, nailiyyətlərindən, Stalinin hədiyyəsindən və respublikanın musiqi sənətinin inkişafına verdiyi töhfələrdən danışacaq.
Sentyabrın 18-də Azərbaycanda Milli Musiqi Günü qeyd olunur. Bu bayram tarixə görkəmli bəstəkar, musiqişünas, pedaqoq, publisist, dramaturq, Azərbaycanın peşəkar musiqi sənətinin banisi, SSRİ Xalq artisti Üzeyir Hacıbəylinin (1885-1948) doğum günü kimi daxil olub.
Üzeyir Hacıbəyli haqlı olaraq Azərbaycanın müasir musiqi sənətinin banisi hesab olunur. O, Azərbaycan SSRİ və AR himninin müəllifidir. Bəstəkar islam dünyasında ilk operanın da müəllifidir.
Məşhur maestronun tələbələri Şəmsi Bədəlbəyli, Tofiq Quliyev, Qara Qarayev və Fikrət Əmirov olub.
Sputnik Azərbaycan-ın Cəbiş müəllim layihəsinin budəfəki buraxılışında dinləyicilərə görkəmli bəstəkar və dirijorun tərcümeyi-halındakı maraqlı məqamlardan, nailiyyətlərindən, Stalinin hədiyyəsindən, respublikanın musiqi sənətinin inkişafına verdiyi töhfələrdən danışılacaq.
Xəbər lenti
0