Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycanlılar Ermənistanın Londondakı səfirliyi önündə aksiya keçiriblər

© Photo : APALondonda yaşayan azərbaycanlılar Ermənistan səfirliyinin qarşısında dinc etiraz aksiyası keçirib
Londonda yaşayan azərbaycanlılar Ermənistan səfirliyinin qarşısında dinc etiraz aksiyası keçirib - Sputnik Azərbaycan, 1920, 16.09.2022
Abunə olmaq
Aksiya zamanı Azərbaycan mədəni irsinin dağıdılması, ölkəmizin ərazilərində basdırılmış minalar, itkin düşmüş azərbaycanlılarla bağlı lövhələr tutulub.
BAKI, 16 sentyabr - Sputnik. Ermənistanın Londondakı səfirliyinin qarşısında etiraz aksiyası keçirilib.
Londonda yaşayan azərbaycanlılar Ermənistan səfirliyinin binasının qarşısına toplanaraq “Vətənə Dayaq Olaq” adlı dinc aksiya keçiriblər.
Aksiyada Britaniya Azərbaycan Cəmiyyəti, Britaniya Azərbaycanlıları Assosiasiyası təşkilatının üzvləri, Londonda yaşayan azərbaycanlı tələbələr və digərləri iştirak ediblər.
Aksiya zamanı Azərbaycan mədəni irsinin dağıdılması, ölkəmizin ərazilərində basdırılmış minalar, itkin düşmüş azərbaycanlılarla bağlı lövhələr tutulub.
Aksiyada Azərbaycanın sülh istədiyinə diqqət çəkilib.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin 77 hərbi qulluqçusu şəhid olub.
Xəbər lenti
0