https://sputnik.az/20220916/azerbaycanda-dollarda-qoyulan-emanetler-artib-446102787.html
Azərbaycanda dollarda qoyulan əmanətlər artıb
Azərbaycanda dollarda qoyulan əmanətlər artıb
Sputnik Azərbaycan
Dövlət Statistika Komitəsinin məlumatına görə, xarici valyutada olan əmanətlər 4 milyard 314,3 milyon manat olub. 16.09.2022, Sputnik Azərbaycan
2022-09-16T10:01+0400
2022-09-16T10:01+0400
2022-09-16T10:01+0400
dollar
iqtisadiyyat
manat
valyuta
artım
https://cdnn1.img.sputnik.az/img/07e6/05/1f/442372821_0:0:2932:1649_1920x0_80_0_0_7bfa679fd8ec0418d393e400f718a0aa.jpg
BAKI, 16 sentyabr — Sputnik. Azərbaycanda əhalinin banklardakı əmanətləri avqustun 1-nə 25,7 faiz artaraq 10 milyard 817,1 milyon manat təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, əmanətlərin 60,1 faizi milli, 39,9 faizi xarici valyutada qoyulub.Milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 36,6 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 12,2 faiz artıb.Manatla olan əmanətlər 6 milyard 502,8 milyon manat, xarici valyutada olan əmanətlər isə 4 milyard 314,3 milyon manat olub.Xatırladaq ki, bu ilin yanvarın 1-də əhalinin banklardakı əmanətləri 9 milyard 241,5 milyon manat təşkil edib.Qlobal iqtisadi böhran fonunda ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlığını təmin etmək, əmanətçilərin bank sisteminə etimadını gücləndirmək məqsədilə 2016-cı il 19 yanvar tarixdə "Əmanətlərin tam sığortalanması haqqında" qanun qəbul edilib. Qanunun 5 aprel 2021-ci il tarixdən qüvvədə olma müddəti başa çatıb.Əmanətlərin Sığortalanması Fondunun məlumatına görə, ötən dövr ərzində əmanətlərin tam sığortalanması mexanizminin həyata keçirilməsi ilə ölkədə iqtisadi böhranın bitməsinə, bank sistemində sabitliyin əldə olunmasına, fiziki şəxslərin əmanətlərinin itirilməsi riskinin qarşısının alınmasına və banklara depozit axınının cəlb olunmasına nail olunub.Aparılan təhlillərin nəticəsində məlum olub ki, ölkədə fəaliyyətdə olan banklarda əmanət sahiblərinin 99,8%-nin depozitləri 100 min manata qədərdir. Məhz bu səbəbdən Mərkəzi Bank və Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətlər üzrə kompensasiya məbləğinin həcminin artırılması təşəbbüsü irəli sürülüb."Əmanətlərin sığortalanması haqqında" qanuna dəyişiklik edilərək fiziki şəxslərin qorunan əmanətləri üzrə (illik faiz dərəcəsi milli valyutada 12%, xarici valyutada 2,5%) kompensasiya məbləğinin həcmi 30 min manatdan 100 min manata (xarici valyutada 100 min manat ekvivalentinədək) qaldırılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/1f/442372821_155:0:2886:2048_1920x0_80_0_0_7284511974479739c8c84ffdb9bc550b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
dollar, manat, valyuta, artım
dollar, manat, valyuta, artım
Azərbaycanda dollarda qoyulan əmanətlər artıb
Dövlət Statistika Komitəsinin məlumatına görə, xarici valyutada olan əmanətlər 4 milyard 314,3 milyon manat olub.
BAKI, 16 sentyabr — Sputnik. Azərbaycanda əhalinin banklardakı əmanətləri avqustun 1-nə 25,7 faiz artaraq 10 milyard 817,1 milyon manat təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, əmanətlərin 60,1 faizi milli, 39,9 faizi xarici valyutada qoyulub.
Milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 36,6 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 12,2 faiz artıb.
Manatla olan əmanətlər 6 milyard 502,8 milyon manat, xarici valyutada olan əmanətlər isə 4 milyard 314,3 milyon manat olub.
Xatırladaq ki, bu ilin yanvarın 1-də əhalinin banklardakı əmanətləri 9 milyard 241,5 milyon manat təşkil edib.
Qlobal iqtisadi böhran fonunda ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlığını təmin etmək, əmanətçilərin bank sisteminə etimadını gücləndirmək məqsədilə 2016-cı il 19 yanvar tarixdə "Əmanətlərin tam sığortalanması haqqında" qanun qəbul edilib. Qanunun 5 aprel 2021-ci il tarixdən qüvvədə olma müddəti başa çatıb.
Əmanətlərin Sığortalanması Fondunun məlumatına görə, ötən dövr ərzində əmanətlərin tam sığortalanması mexanizminin həyata keçirilməsi ilə ölkədə iqtisadi böhranın bitməsinə, bank sistemində sabitliyin əldə olunmasına, fiziki şəxslərin əmanətlərinin itirilməsi riskinin qarşısının alınmasına və banklara depozit axınının cəlb olunmasına nail olunub.
Aparılan təhlillərin nəticəsində məlum olub ki, ölkədə fəaliyyətdə olan banklarda əmanət sahiblərinin 99,8%-nin depozitləri 100 min manata qədərdir. Məhz bu səbəbdən Mərkəzi Bank və Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətlər üzrə kompensasiya məbləğinin həcminin artırılması təşəbbüsü irəli sürülüb.
"Əmanətlərin sığortalanması haqqında" qanuna dəyişiklik edilərək fiziki şəxslərin qorunan əmanətləri üzrə (illik faiz dərəcəsi milli valyutada 12%, xarici valyutada 2,5%) kompensasiya məbləğinin həcmi 30 min manatdan 100 min manata (xarici valyutada 100 min manat ekvivalentinədək) qaldırılıb.