Azərbaycan hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Vətən müharibəsindən sonra üçtərəfli bəyanatın imzalanması rəğmən sərhəddə erməni təxribatları səngimək bilmir. Ermənistanla sərhəddə son hadisələr barədə Sputnik Azərbaycan-ın süjetində oxuyun.

Azərbaycan-Ermənistan sərhədində təhlükəsiz zona yaradılması təklif edilir

© AP Photo / Raad AdaylehDövlət sərhədi
Dövlət sərhədi - Sputnik Azərbaycan, 1920, 16.09.2022
Abunə olmaq
Bu təkliflə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov çıxış edib
BAKI, 16 sentyabr — Sputnik. Azərbaycan-Ermənistan sərhədində təhlükəsiz zona yaradılması təklif edilir.
Bu təkliflə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Ziyafət Əsgərov çıxış edib.
O qeyd edib ki, həmin ərazilərə köçürüləcək insanlar rahat yaşamalıdırlar: "Biz təklif edirik ki, Ermənistanla sərhəddə təhlükəsiz zona yaradılsın və həmin ərazilərə köçürüləcək məcburi köçkünlərimiz özlərini rahat hiss etsinlər".
"Ermənistan hər zaman təxribatlara əl atır. Ermənistan baş naziri Nikol Paşinyan Brüsseldə başqa şey danışır, ölkəsinə gələndə isə başqa cür hərəkət edir", - deyə o əlavə edib.
Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı şəhid olan hərbi qulluqçuların yeni siyahısı açıqlanıb. Siyahıda 77 şəhidin adı göstərilib. Daha əvvəl bu rəqəm 71 idi.
Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.
Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib.
Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib.
Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib.
Xəbər lenti
0