Azərbaycan hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Vətən müharibəsindən sonra üçtərəfli bəyanatın imzalanması rəğmən sərhəddə erməni təxribatları səngimək bilmir. Ermənistanla sərhəddə son hadisələr barədə Sputnik Azərbaycan-ın süjetində oxuyun.

MN Ermənistan Baş qərargah rəisinə cavab verib

© Sputnik / Murad OrudjevMüdafiə Nazirliyinin binası
Müdafiə Nazirliyinin binası - Sputnik Azərbaycan, 1920, 16.09.2022
Abunə olmaq
Müdafiə Nazirliyindən bildirilib ki, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə tam nəzarət edir
BAKI, 16 sentyabr — Sputnik. Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin Azərbaycan Silahlı Qüvvələrinin bəzi bölmələrinin mühasirəyə düşməsi barədə dediyi fikirlər tam yalandır və növbəti dezinformasiyadır.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə tam nəzarət edir: "Strateji təşəbbüs və strateji üstünlük Azərbaycana məxsusdur. Yanlış məlumatlar yaymaq əvəzinə Ermənistan tərəfini atəşkəs haqda əldə olunmuş razılaşmanı gücləndirməyə çağırırıq".
Xatırladaq ki, Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.
Qeyd edək ki, bu gün Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı şəhid olan hərbi qulluqçuların yeni siyahısı açıqlanıb.
Siyahıda 77 şəhidin adı qeyd olunub.
Xəbər lenti
0