Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Sabahın hava proqnozu açıqlanıb

© AFP 2023 / BARBARA GINDL / APA / AFPGünəş, arxiv şəkli
Günəş, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.09.2022
Abunə olmaq
Hidrometerioloqlar gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı proqnozu verib.
BAKI, 15 sentyabr — Sputnik. Bakıda və Abşeron yarımadasında sentyabrın 16-da hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var.
Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-21° isti, gündüz 24-27° isti olacaq. Bakıda gecə 19-21° isti, gündüz 24-26° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-65 % olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şərq rayonlarında qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 28-32° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.
Xəbər lenti
0