SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Rusiya və İran prezidentlərinin görüş gündəliyində nələr var?

© Sputnik / Александр Демьянчук Президент РФ Владимир Путин и президент Ирана Эбрахим Раиси во время встречи на полях саммита Шанхайской организации сотрудничества (ШОС) в Самарканде. Александр Демьянчук / POOL
 Президент РФ Владимир Путин и президент Ирана Эбрахим Раиси во время встречи на полях саммита Шанхайской организации сотрудничества (ШОС) в Самарканде. Александр Демьянчук / POOL - Sputnik Azərbaycan, 1920, 15.09.2022
Abunə olmaq
Prezidentlər ikitərəfli əməkdaşlıq, beynəlxalq və regional təhlükəsizlik, o cümlədən Suriya nizamlanması, Əfqanıstan və Cənubi Qafqazdakı vəziyyəti də müzakirə edəcəklər.
BAKI, 15 sentyabr — Sputnik. Rusiya və İran prezidentləri Vladimir Putin və İbrahim Rəisi Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində danışıqlar aparırlar.
Danışıqların əsas mövzularından birinin İranın Nüvə Proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) ətrafında vəziyyətin müzakirəsi olacağı gözlənilir. Bundan əlavə, görüşün gündəliyinə ikitərəfli əməkdaşlıq, beynəlxalq və regional təhlükəsizlik, o cümlədən Suriya nizamlanması, Əfqanıstan və Cənubi Qafqazdakı vəziyyət daxildir.
Putin və Rəisi İranın Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv kimi daxil olması barədə də danışacaqlar.
Kreml daha əvvəl xəbər verib ki, əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə çatdırılması üçün hazırda Moskva ilə Tehran arasında yeni saziş hazırlanır. Bundan əlavə, ticarət-iqtisadi əməkdaşlıq üzrə Rusiya-İran daimi komissiyası işləyir, onun növbəti iclasının noyabrda Rusiyada keçirilməsi planlaşdırılır.
Bu, Putin və Rəisi arasında 2022-ci ildə dördüncü görüşdür. Bundan əvvəl onlar yanvarda Moskvada, iyunda Aşqabadda Xəzər sammiti çərçivəsində, iyulda isə Tehranda Astana formatında keçirilən sammitdə görüşüblər.
Xatırladaq ki, İran Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv ola bilər. Bu barədə Anlaşma Memorandumu Səmərqənddə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və təşkilatın baş katibi Can Min tərəfindən imzalanıb.
Sammitdə həmçinin Belarusun təşkilata üzvlüyünün qeydiyyatı prosesi başlayacaq, eyni zamanda Misir, Qətər və Səudiyyə Ərəbistanı ilə dialoq üzrə tərəfdaşlıq memorandumları imzalanacaq. Səmərqənddə eləcə də Bəhreyn, Küveyt, Maldiv adaları, Myanma və Birləşmiş Ərəb Əmirliklərinə dialoq üzrə tərəfdaş statusunun verilməsi prosedurunun başlanması barədə qərar qəbul ediləcək.
ŞƏT-in baş katibi Can Min bildirib ki, çoxlu sayda ölkə ŞƏT-ə üzv, müşahidəçi və ya dialoq tərəfdaşı olmaq arzusunu ifadə edib. O, təşkilatın yeni üzvlərin qəbulu ilə "regional təhlükəsizliyin və sabitliyin qorunmasında, ŞƏT-ə üzv dövlətlərin ümumi maraqlarının dairəsinin genişləndirilməsində, eləcə də qlobal idarəetmənin sistemi ədalətli və ağlabatan istiqamətdə inkişafının təşviqində getdikcə daha mühüm rol oynayacağına ümid etdiyini bildirib.
Xəbər lenti
0