DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rusiya və Çin liderləri bu məsələləri müzakirə edəcəklər - Si Cinpin

© Sputnik / Alexei Druzhinin / Mediabanka keçid Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Tszinpin
 Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Tszinpin - Sputnik Azərbaycan, 1920, 15.09.2022
Abunə olmaq
Çin lideri həmçinin qeyd edib ki, o, rusiyalı həmkarı ilə ikitərəfli gündəliyə daxil olan, eləcə də qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparmağa hazırdır.
BAKI, 15 sentyabr — Sputnik. Pekin dəyişən dünyanı davamlı inkişaf trayektoriyasına salmaq üçün Moskva ilə birlikdə aparıcı rol oynamağa hazırdır. Bunu cümə axşamı Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşündə Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin deyib.
"Dövrümüzün qlobal miqyasda baş verən nəhəng dəyişiklikləri qarşısında, tarixdə misli görünməmiş bir şəraitdə, biz rusiyalı həmkarlarımızla birlikdə məsuliyyətli dünya dövləti nümunəsi göstərməyə, dünyanı davamlı və müsbət inkişaf trayektoriyasına salmaq üçün aparıcı rol oynamağa hazırıq", - ÇXR sədri deyib.
Çin lideri həmçinin qeyd edib ki, o, rusiyalı həmkarı ilə ikitərəfli gündəliyə daxil olan, eləcə də qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparmağa hazırdır.
Bu görüş bu il iki ölkə liderləri arasında ikinci görüş olub. Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov qeyd edib ki, Putin və Si Tszinpin ticarət-iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi, pandemiya səbəbindən kəsilən humanitar mübadilələrin bərpası və gücləndirilməsi məsələlərini müzakirə edəcəklər. Onun sözlərinə görə, liderlər həmçinin Ukraynadakı vəziyyəti, ŞƏT-də koordinasiyanı və digər çoxtərəfli platformaları müzakirə edəcəklər.
Liderlər sonuncu dəfə bu ilin fevralda Putinin XXIV Qış Olimpiya Oyunlarının açılış mərasimi üçün Pekinə səfər zamanı görüşüblər.
Xatırladaq ki, İran Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv olub. Bu barədə Anlaşma Memorandumu Səmərqənddə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və təşkilatın baş katibi Can Min tərəfindən imzalanıb.
Sammitdə həmçinin Belarusun təşkilata üzvlüyünün qeydiyyatı prosesi başlayacaq, eyni zamanda Misir, Qətər və Səudiyyə Ərəbistanı ilə dialoq üzrə tərəfdaşlıq memorandumları imzalanacaq. Səmərqənddə eləcə də Bəhreyn, Küveyt, Maldiv adaları, Myanma və Birləşmiş Ərəb Əmirliklərinə dialoq üzrə tərəfdaş statusunun verilməsi prosedurunun başlanması barədə qərar qəbul ediləcək.
ŞƏT-in baş katibi Can Min bildirib ki, çoxlu sayda ölkə ŞƏT-ə üzv, müşahidəçi və ya dialoq tərəfdaşı olmaq arzusunu ifadə edib. O, təşkilatın yeni üzvlərin qəbulu ilə "regional təhlükəsizliyin və sabitliyin qorunmasında, ŞƏT-ə üzv dövlətlərin ümumi maraqlarının dairəsinin genişləndirilməsində, eləcə də qlobal idarəetmənin sistemi ədalətli və ağlabatan istiqamətdə inkişafının təşviqində getdikcə daha mühüm rol oynayacağına ümid etdiyini bildirib.
Xəbər lenti
0