DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İran Şanxay Əməkdaşlıq Təşkilatına 2023-cü ildə üzv ola bilər

© Sputnik / Зафар ХалиловŞanxay Əməkdaşlıq Təşkilatı
Şanxay Əməkdaşlıq Təşkilatı - Sputnik Azərbaycan, 1920, 15.09.2022
Abunə olmaq
Rəhmətulla Nurimbetovun sözlərinə görə, əgər İran növbəti sammitə qədər öz öhdəliklərini yerinə yetirsə, o zaman 2023-cü ildə, yəni Hindistanın sədrliyi dövründə ŞƏT-ə qəbul oluna bilər
BAKI, 15 sentyabr — Sputnik. İran 2023-cü ildə ŞƏT-ə qəbul oluna bilər. Bunu təşkilatın Özbəkistandan olan milli koordinatoru Rəhmətulla Nurimbetov bildirib.
Səmərqənddə keçirilən ŞƏT sammiti çərçivəsində bu gün İran təşkilatda öhdəlik memorandumunu imzalayıb.
Nurimbetovun sözlərinə görə, ümumilikdə İran təşkilatın 40-dan çox sənədini ratifikasiya etməlidir ki, ölkəyə tamhüquqlu üzv statusu verilsin.
"Əgər İran növbəti sammitə qədər öz öhdəliklərini yerinə yetirsə, o zaman 2023-cü ildə, yəni Hindistanın sədrliyi dövründə ŞƏT-ə qəbul oluna bilər", - Nurimbetov qeyd edib.
İranın ŞƏT-ə qəbul proseduru 2021-ci ilin sentyabrında Düşənbə sammitində başlayıb.
***
İran Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzv ola bilər. Bu barədə Anlaşma Memorandumu Səmərqənddə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və təşkilatın baş katibi Can Min tərəfindən imzalanıb.
Qeyd edək ki, sentyabrın 15-16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçiriləcək.
Sammitdə həmçinin Belarusun təşkilata üzvlüyünün qeydiyyatı prosesi başlayacaq və Misir, Qətər və Səudiyyə Ərəbistanı ilə dialoq üzrə tərəfdaşlıq memorandumları imzalanacaq. Eləcə də Bəhreyn, Küveyt, Maldiv adaları, Myanma və Birləşmiş Ərəb Əmirliklərinə dialoq üzrə tərəfdaş statusunun verilməsi prosedurunun başlanması barədə qərar qəbul ediləcək.
ŞƏT-in baş katibi Can Min bildirib ki, çoxlu sayda ölkə ŞƏT-ə üzv, müşahidəçi və ya dialoq tərəfdaşı olmaq arzusunu ifadə edib. O, təşkilatın yeni üzvlərin qəbulu ilə regional təhlükəsizliyin və sabitliyin qorunmasında, ŞƏT-ə üzv dövlətlərin ümumi maraqlarının dairəsinin genişləndirilməsində, eləcə də qlobal idarəetmənin sistemi ədalətli və ağlabatan istiqamətdə inkişafının təşviqində getdikcə daha mühüm rol oynayacağına ümid etdiyini bildirib.
Son üç ildə ilk dəfə əyani keçiriləcək budəfəki sammitdə ŞƏT-ə üzv dövlətlərin liderlərindən əlavə, üç müşahidəçi ölkə, Belarus, İran və Monqolustan, həmçinin üç ölkə Azərbaycan, Türkmənistan və Türkiyə dəvət olunub. Ermənistanın Baş naziri Nikol Paşinyanın da iştirakı gözlənilirdi, lakin çərşənbə günü axşam onun səfəri ləğv etdiyi məlum olub.
Xəbər lenti
0